Şüvəlan bələdiyyəsi xəritədə

Şüvəlan bələdiyyəsi

Bakı, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almaz İldırım küçəsi, 32 AZ1044 *** 1 səs

Şüvəlan bələdiyyəsi haqqında

Şüvəlan — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində qəsəbə.Şüvəlan Bakının ənənəvi 32 kəndindən və Xəzər rayonunun 11 inzibati ərazi bölgüsündən biri. Əhalisi təxminən 5000-ə yaxındır.Məşhur Mirmöhsüm Ağa ziyarətgahı və vaxtilə Murtuza Muxtarova məxsus, hazırda isə bazasında sanatoriya qurulmuş 24 hektarlıq "Yaşıl park" da Şüvəlanda yerləşir.Şüvəlan bələdiyyəsi bu qəsəbədə fəaliyyət göstərir .

Bələdiyyələr haqqında

Bələdiyyə - qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti, yerli büdcəsi və seçki bələdiyyə orqanları olur və o, Azərbaycan Respublikası Konstitusiyası ilə və bu qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər."Bələdiyyə" və "yerli özünüidarə" terminləri və bunların iştirakı ilə düzələn söz birləşmələri bələdiyyə, onların orqanları, yerli özünüidarə funksiyalarının həyata keçirilməsi ilə bağlı olan müəssisə, idarə və təşkilatlar, mülkiyyət obyektləri və başqa obyektlər barəsındə, habelə əhali tərəfındən yerli özünüidarənin həyata keçirilməsi ilə əlaqədar digər hallarda işlədilir.

Bələdiyyə mülkiyyət - bələdiyyəyə mənsub olan bütün növ daşınar və daşınmaz əmlakdır.Bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə, təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir.Bələdiyyələrə seçkilər vətəndaşların qanunla müəyyənləşdirilmiş seçki hüquqları təmin edilməklə, ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi, gizli səsvermə yolu ilə həyata keçirilir.