Saray bələdiyyəsi xəritədə

Saray bələdiyyəsi

Vəli Axundov küçəsi, Saray qəsəbəsi, Abşeron rayonu, 27 AZ0121 *** 0 səs

Saray bələdiyyəsi haqqında

Saray bələdiyyəsi 1999-cu ilin dekabr ayında formalaşmışdır. 2014-cü il bələdiyyə seçkilərində 13 nəfər bələdiyyə üzvü seçilmişdir. Hazırda Saray bələdiyyəsində 23 nəfər bələdiyyə qulluqçusu fəaliyyət göstərir. Saray bələdiyyəsi qəsəbə daxili yolların abadlaşdırılması, su-kanalizasiya və qaz xəttlərinin çəkilməsi və təmiri sahəsində, təhsil, səhiyyə müəssisələrinin əsaslı təmirində çox işlər görmüşdür. Xüsusilə 85 çarpayılıq Saray qəsəbə xəstəxanasının yenidən qurulub sakinlərin istifadəsinə verilməsndə müstəsna xidmət göstərmişdir. Şəhid, əlil və imkansız ailələrə respublikamızda qeyd olunan bayram günlərində sovqat çatdırılmışdır.

Saray qəsəbəsi haqqında

Saray qəsəbəsinin tarixi IX əsrlərə aiddir. Belə ki, Saray sözü «Karvan Sara» sözündən yaranmışdır. Hələ bizim eradan əvvəl Qədim İpək Yolunun keçdiyi yollardan biri qəsəbəsinin cənub tərəfində köhnə Saray kəndi adlanan ərazidən keçirmiş. Burada Karvan dayanıb istirahət etdikdən sonra yoluna davam edərmiş. Sonrakı iqtisadi inkişafla əlaqədar karvanın başqa nəqliyyat növü ilə əvəz edilməsi ilə karvan gedi-gəlişi kəsilmişdir. Bunun nəticəsində karvan sözü ixtisara düşmüş, Sara sözünə isə «y» səsi artırılaraq Saray adını almışdır.

1955-1956-cı illərdə Sovet quruluşunun bəzi qüsurlu qanunları nəticəsində Çaylı adlanan kənd sakinləri öz yerlərindən köçürülərək indiki yeni Saray massivində birgə məskunlaşdırılmışlar.Görkəmli şəxsiyyətlərdən – dövlət xadimi, akademik Vəli Axundov, Kamal Axundov kimi ziyalılar, M.Ələkbərov kimi Sovet İttifaqı Qəhrəmanı Saray qəsəbəsində anadan olmuş, dövlətə və xalqına şərəflə xidmət etmişlər.Qəsəbənin köhnə Saray adlanan hissəsində Cami məscidi, hamam (suyun altında qalıb) türbələr olmuşdur. Məscid hal-hazırda istifadədədir.