1936-37-ci illərdə Sənqəcal qəsəbəsində dəmir yolu stansiyası fəaliyyət göstərmişdir. Barak formasında 3 ədəd ev tikilmiş, burada dəmiryolçular yaşamışlar. Müharibədən əvvəl burada kiçik balıqçılar zavodu olmuş, yerli sakinlərin əksəriyyəti burada işləmişlər.müharibədən sonra hərbi əsirlər üçün baraklar tikilmiş və orada hərbi əsirlər yaşamışlar. Müharibədən sonra iki yerdə hərbi hissələr salınmış, hərbiçilər üçün hərbi şəhərcik tikilmişdir. 1940-cı illərin sonlarından başlayaraq ətraf yerlərdən bura köçüb gələnlər artmışdır.