Ramana bələdiyyəsi xəritədə

Ramana bələdiyyəsi

Bakı, Ramana qəsəbəsi, Sabunçu rayonu, Vəli Vəliyev küçəsi, 17 AZ1037 *** 1 səs

Ramana bələdiyyəsi haqqında

Ramana Bakı şəhərinin Sabunçu inzibati rayonu ərazisində yerləşən qəsəbədir.Ramanı bələdiyyəsi bu qəsəbədə fəaliyyət göstərir .Ramana Abşeron zonasının ənənəvi kəndlərindən olub[2] Qala kəndi ilə yanaşı regiondakı ən qədim yaşayış məskənlərindən biridir. Tədqiqatçı Sara Aşurbəylinin fikrincə onun əsası eramızın təqribən 84-96-cı illəri arasında Roma İmperiyasının XII legionunun əsgərləri tərəfindən qoyulub.Ramana bələdiyyəsi 1999-cu ildə yaradılmışdır.

Ramananın tarixi

Ramana neft mədənləri arasında yerləşir və tarixən Azərbaycanda neft sənayesinin mərkəzlərindən olub. Ramananın hal-hazırki dövrümüzə qədər gəlib çatmış ən qədim tikililərinə 1323-cü ilə aid məscid və XIV əsrdə inşa edilmiş dördkünc və donjonlu Ramana qalası aiddir.Ramanaya aparan yolun hər iki tərəfində neft buruqları olan sahələr Azərbaycanda neft bumu dövrünün şahidləridir. Bu gün də kənd özündə xarici və yerli burjuaziyanın izlərini yaşadır. Məsələn, XIX əsrin ikinci yarısında Bakıya ilk kapital qoyan əcnəbilər Nobel qardaşları və fransız sahibkarı Rotşildin fəhlələr üçün tikdirdiyi evlər hələ də qalmaqdadır.

Hazırda kənddə nobellərə məxsus evlərdən uşaq bağçası və yaşayış binası, Rotşildə aid olanlardan isə yaşayış evləri kimi istifadə olunmaqdadır. Amma maraqlı burasıdır ki, həmin tikililər bu gün də onların adı ilə tanınır. Məsələn, Nobelin evlərinə kənd əhalisi aparında «nobelski» deyilir.
Məşhur Azərbaycan milyonçusu Şəmsi Əsədullayev də Ramananın neftlə zəngin torpağına kapital qoyan yerli burjuaziyanın ilk nümayəndələrindəndir. Məsələn, kənd camaatı arasında «Əsədullayevin evləri», «Əsədullayevin uşaqlarının evi» adlanan milyonçuya aid fəhlə yataqxanaları Ramana qalasının arxasında yerləşir.

Bakının Ramana kəndində yerləşən Xəlifə Əli məscidininin əsas giriş qapısının üstündəki dəmir lövhədə XVII əsr tarixi göstərilib. Lakin məscidin giriş qapısından sağ tərəfdəki daş kitabədə hicri-qəməri təqvimi ilə 1256-cı il yazılıb. Əsas giriş qapısının üstündəki daş kitabədə isə 1056-cı il tarixi qeyd olunur. Odur ki, bu məscidin dəqiq tarixi barədə məlumat vermək çətinlik törədir. Qeyd edək ki, Ramana Qala məscidi qayaların üstündə tikilib. Əsas ibadət zalı bir mərtəbədən ibarət olub, sahəsi 4x12,5 metrdir. Məscidin hündürlüyü isə 4 metrdir. Məscidin pəncərələrinin birinci layı taxta, ikinci layı isə daşla işlənib.