Nizami rayon bələdiyyəsi xəritədə

Nizami rayon bələdiyyəsi

Bakı, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 10A AZ1119 *** 2 səs

Nizami rayon bələdiyyəsi haqqında

Nizami bələdiyyəsi — Azərbaycan Respublikasının Bakı şəhəri Nizami rayonunda bələdiyyə.Nizami bələdiyyəsi 1999-cu ildə yaradılmışdır.Dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan rayonumuz 1980-cı ilin noyabr ayında yaradılmışdır. Rayonun ərazisi 19,6 km2-dir.Bakının qədim yaşayış məntəqələrindən sayılan Keşlə qəsəbəsi rayonun inzibati ərazi bölgüsünə daxildir. Qəsəbənin ərazisi 10,4 km2-dir. Qəsəbədə Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi fəaliyyət göstərir.Rayonda yerli özünüidarəetməni Nizami və Keşlə bələdiyyələri həyata keçirir.Nizami rayonu Nərimanov, Sabunçu, Suraxanı və Xətai rayonlarının inzibati əraziləri ilə əhatə olunur.

Nizami rayonu haqqında

Bakı şəhəri Nizami rayon inzibati ərazi vahidi tərkibindəki Nizami rayonu ərazisinin inzibati ərazi dairəsi ilə əhatə olunmayan hissəsində Nizami Rayon İcra Hakimiyyəti başçısının 1, 2 və 3 nömrəli sahə inzibati ərazi dairələri yaradılmış və bu sahə inzibati ərazi dairələrində Rayon İcra Hakimiyyəti başçısının nümayəndəlikləri fəaliyyət göstərir.Heydər Əliyev, Qara Qarayev və Babək prospektləri, son illərdə yeni inşa olunmuş müasir yolötürücü kompleksləri ilə yanaşı, “Əzizbəyov”, “Qara Qarayev”, “Neftçilər” və “Xalqlar Dostluğu” metro stansiyaları Bakı şəhərinin yol-nəqliyyat infrastrukturunda xüsusi əhəmiyyətə malikdir.Sənayenin müxtəlif sahələrini özündə birləşdirən Nizami rayonunda Heydər Əliyev adına Bakı Neft Emalı zavodu, Elektron Hesablama Maşınları zavodu, Peyk zavodu, “NJT-2000” firması,“Bakı Şərab-1” ASC, “Azərtunelmetrotikinti” SC-nin Dəmir-beton Konstruksiyaları zavodu, “Körpü Tunel” ASC, “Bakı Diyircəkli Yastıq” ASC, “European-Tobacco Baku” ASC, “Bakı Yağ-Qida Sənaye” ASC, “Veysəloğlu” MMC, “Kaspi-Yıldız” MMC kimi müəssisələr, 18 bank filialı, Nizami Telefon Qovşağı, 7 rabitə şöbəsi, iri ticarət və iaşə mərkəzləri fəaliyyət göstərir.