M.Ə.Rəsulzadə qəsəbəsi Bakının qədim rayonlarından biri olan Binəqədi rayonunun inzibati mərkəzidir.M.Ə.Rəsulzadə bələdiyyəsi Bakı şəhərinin şimal hissəsində, Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsinin inzibati ərazisində yerləşir.Bu gün M.Ə.Rəsulzadə qəsəbəsinin əhalisi 47 min nəfərə yaxındır. Azərbaycan Respublikasının “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” (7 dekabr 1999-cu il) Qanununa müvafiq olaraq, Bakı Şəhər İcra Hakimiyyəti başçısı 812 saylı, 31.08.2001-ci il tarixli sərəncamla M.Ə.Rəsulzadə qəsəbəsinin inzibati ərazisinə aid olan 501.26 ha torpaq sahəsini bələdiyyənin mülkiyyətinə vermişdir.Bələdiyyələrin yarandığı yaxın tarixə qısa ekskurs etsək görərik ki, M.Ə.Rəsulzadə bələdiyyəsi formalaşdığı gündən ciddi şəkildə üzərinə düşən işlərin öhdəsindən gəlməyə başlamışdır.
M.Ə.Rəsulzadə qəsəbəsi Bakının qədim rayonlarından biri olan Binəqədi rayonunun inzibati mərkəzidir. Sovetlər dövründə qəsəbə Kirov qəsəbəsi adlanırdı, lakin sonradan M.Ə.Rəsulzadə qəsəbəsi adlandırılmışdır.Qəsəbənin ərazisi 501,26 ha təşkil edir.İnzibati ərazisində 80-ə yaxın küçə, 3 yaşayış sahəsi (“Baksol”, “Xutor”, “Vorovski”), o cümlədən, 8323 ev təsərrüfatı mövcüddur.M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən şəhid Ramiz Nazim oğlu Aboyev adına parkda onun büstü (heykəltəraş – Eldar Həsənov, 1996-cı ilin yanvar ayı); M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yerləşən F.Hümbətov adına parkda Azərbaycan Respublikasının Milli Qəhrəmanı Fərhad Qəmbər oğlu Hümbətovun büstü (heykəltəraş – Aydın Məmmədov, 2001-ci il) və s. mövcuddur.