Mərdəkan bələdiyyəsi xəritədə

Mərdəkan bələdiyyəsi

Bakı, Mərdəkan qəsəbəsi, Xəzər rayonu, Baba Əliyev küçəsi, 70 AZ1044 *** 1 səs

Mərdəkan bələdiyyəsi haqqında

Mərdəkan bələdiyyəsi — Azərbaycan Respublikasının Bakı şəhəri Xəzər rayonunda bələdiyyədir.Mərdəkan bələdiyyəsi 1999-cu ildə yaradılmışdır. Bələdiyyə - qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti, yerli büdcəsi və seçki bələdiyyə orqanları olur və o, Azərbaycan Respublikası Konstitusiyası ilə və bu qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər.

Mərdəkanın tarixi

Mərdəkan şəhər tipli qəsəbə olmaqla yanaşı müalicə-istirahət zonalarından biridir.Mərdəkanın adı "Mərdlər məkanı" kimi tərcümə olunur, bu da yaşayış məskəninin qədim Mard tayfaları tərəfindən salınmasına işarədir. Mardların adına isə ilk dəfə Qafqaz Albaniyasında yaşayan tayfaların sırasında rast gəlinir. Mərdəkan yaxınlığında qayalarda tunc dövrünə (e.ə. 3-2-ci minilliklər) aid keçi, kaman və s. təsvirləri, habelə qədim yaşayış yerləri aşkar edilmişdir. Hələ qədimdən xalq memarlığının mərkəzi sayılan Mərdəkan haqqında müxtəlif xarici səyyahların salnamələrində məlumatlar var.

Bakı milyonçularından Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev və başqalarının burada bağları, yaraşıqlı binaları olmuşdur. Məşhur rus şərqşünası İ.N.Berezin "Abşeron yarımadasına səyahət" (1845) adlı əsərində Mərdəkanda olmasından, bu kəndin tarixi-memarlıq abidələrinin qeyri-adiliyindən yazmışdır. O, 1720-21-ci illərdə Bakı hakimi Mİrzə Məhəmməd xan tərəfindən tikdirilmiş bir qalanı (hazırda dağılmışdır) təsvir etmişdir. Tədqiqatçılar bildirirlər ki, Herodot, Strabon kimi səyyahların da Mərdəkan haqqında yazıları olub.