Maştağa bələdiyyəsi — Azərbaycan Respublikasının Bakı şəhəri Sabunçu rayonunda bələdiyyədir.Maştağa bələdiyyəsi1999-cu ildə yaradılmışdır.Bakı şəhərinin ən böyük yaşayış məskənlərindən biri hesab olunan, 6 min hektara qədər əraziyə malik Maştağa kəndi (sonralar qəsəbəyə çevrilib) qədim bir tarixə malikdir. Burada Azərbaycanın qədim adət və ənənələri, inam və etiqadları, mifoloji təsəvvürləri, şifahi ədəbiyyatı qorunub saxlanmaqdadır. Daha doğrusu, kəndin əhalisi bütün bunları nəsilbənəsil bir-birinə ötürür və ən gözəl ərmağan kimi bu gün də yaşadır.
"Maştağa" sözü, bu kəndin özündən əvvəl yaranıb. Görkəmli Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanov "Gülüstan-i İrəm" əsərində "Maştağa" toponiminin "massaget" sözündən yaranması fikrini irəli sürmüşdür. Azərbaycan xalqının soykökündə mühüm rol oynayan bu tayfa eramızdan əvvəl VI-V əsrlərdə mövcud olub. Bu toponimin digər mənasını da Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsərində "Məşədi ağa" kimi vermişdir. Bakı xanı Mirzə Məhəmməd xan vaxtilə burada möhtəşəm bir qala tikdirmişdir. Hətta qalanın yanında məscid də olub. Ötən əsrin 20-ci illərində dağıdılmışdır. Kəndin ətrafında aparılan qazıntılar zamanı mis sikkələr aşkar edilmişdir. Tədqiqatçılar bildirirlər ki, kəndin qədim tarixi var. Təəssüf ki, yadelli işğalçıların basqınına məruz qalan Maştağa dəfələrlə dağıdılmışdır. Stepan Razindən tutmuş (1668) Stepan Şaumyana kimi (1915-1918) bu qədim kəndə kimlər divan etməmişdir.