Lökbatan qəsəbəsi Qaradağ rayonunun mərkəzi və şəhər tipli qəsəbəsidir. Qəsəbə Azərbaycanın plaçıq vulkanının Qaradağ ərazisini təşkil edir. 18 güclü vulkan olmuşdur. Son dəfə vulkan 2001-ci ildə qeydə alınıb.Lökabtan adının yaranma tarixi Xoca Həsən və Sənqəçal arasında olan karvan yolunun olması ilə bağlıdır, yəni indiki qəsəbə olan ərazi karvan dayanacağı olub, burada dəvə batağlığa batıb. Ona görə də Lök-Batan adı yaranıb.Qəsəbənin ərazisi 1931—32-ci illərdə 45 saylı neft quyusunun fontanı (1934-cü ildə) ilə əlaqədar qoyulub. Həmindövrdə neftlə əlaqədar indiki S.Orucov küçəsində olan qamış evlərin yaşayış massivinin əsası qoyulub. Həmin dövrdə ölkənin müxtəlif yerlərində neft mədəninə işləmək üçün müxtəlif millətlərin nümayəndələri gəlib məskunlaşmışdır.
Bələdiyyə - qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti, yerli büdcəsi və seçki bələdiyyə orqanları olur və o, Azərbaycan Respublikası Konstitusiyası ilə və bu qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər."Bələdiyyə" və "yerli özünüidarə" terminləri və bunların iştirakı ilə düzələn söz birləşmələri bələdiyyə, onların orqanları, yerli özünüidarə funksiyalarının həyata keçirilməsi ilə bağlı olan müəssisə, idarə və təşkilatlar, mülkiyyət obyektləri və başqa obyektlər barəsındə, habelə əhali tərəfındən yerli özünüidarənin həyata keçirilməsi ilə əlaqədar digər hallarda işlədilir.
Bələdiyyə üzvü - bələdiyyə seçkilərində seçilmiş, mandatı ərazi seçki komissiyası tərəfindən təsdiq edilmiş şəxsdir. Bələdiyyənin iclaslarında bələdiyyə üzvünün müzakirə olunan məsələlər barəsində çıxış etmək, təkliflər və düzəlişlər vermək, qeydlər etmək, çıxış edənlərə və ya təyin edilməsinə razılıq verilən vəzifələrə göstərilmiş namizədlərə sual vermək, arayış vermək, səsvermədə iştirak etmək hüququ vardır.