Qaraçuxur Bakının Suraxanı rayonunda yerləşən qəsəbədir. 1923-cü ildən Kaqanoviç qəsəbəsi, 1939-cu ilin dekabr ayından isə Kaqanoviç rayonu adlandırılmışdır. 26 sentyabr 1955-ci ildə Bakı şəhəri Orconikidze rayonunun tərkibinə verilmiş və yenidən Kaqanoviç qəsəbəsi adlandırılmışdır. 31 avqust 1957-ci ildə Qaraçuxur qəsəbəsi adlandırılmış, 26 may 1964-cü ildə isə bu ad Serebrovski adı ilə əvəz olunmuşdur.Azərbaycan Respublikası Ali Sovetinin 29 aprel 1992-ci il tarixli qərarı ilə qəsəbə yenidən Qaraçuxur adlandırılmışdır.Qaraçuxur bələdiyyəsi burada fəaliyyət göstərir.
Bələdiyyələr Azərbaycan Respublikasının Konstitusiyasına, "Bələdiyyələrə seçkilərin qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununa, bu Qanuna və özlərinin nizamnamələrinə əsasən təşkil edilən, bələdiyyə üzvlərindən ibarət olan seçkili yerli özünüidarə orqanlardır. Bələdiyyələr Azərbaycan Respublikasının Konstitusiyasına, "Bələdiyyələrə seçkilərin qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununa, bu Qanuna və özlərinin nizamnamələrinə əsasən təşkil edilən, bələdiyyə üzvlərindən ibarət olan seçkili yerli özünüidarə orqanlardır.
Azərbaycan Respublikası müstəqilliyinin inkişafı dövründə bir çox tarixi mərhələlərdən keçmişdir. Bu tarixi mərhələlər dövlətimizin demokratik prinsiplər əsasında inkişafı ilə səciyyələnir. Bu dövrün əhəmiyyətli hadisələrindən biri də yeni idarəetmə forması olan bələdiyyələrin yaranmasıdır. Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş (1995-ci ildə) Müstəqil dövlətimizin Konstitusiyasında Yerli Özünüidarəetmə orqanları olan bələdiyyələrin yaranması, mülkiyyətinin müəyyən edilməsi və onlar tərəfindən yerli özünüidarənin təşkili və sair məsələlərin öz əksini tapması yerli özünüidarənin hüquqi əsaslarını təşkil etmişdir.Heydər Əliyev kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də yerli özünüidarəetmə orqanlarının inkişafına, tam formalaşmasına və müstəqil fəaliyyət göstərməsinə xüsusi diqqət yetirir.