Binə bələdiyyəsi Azərbaycan Respublikasının Bakı şəhəri Xəzər rayonunda bələdiyyədir.Binə bələdiyyəsi 1999-cu ildə yaradılmışdır.Binə Bakının Maştağadan sonra ən böyük ikinci kəndidir. Məskunlaşma baxımından Abşeronun ən cavan yaşayış məntəqəsi sayılır. Burada XVII əsrin ortalarından etibarən əhali daimi olaraq məskunlaşmağa başlamışdır. Bakı şəhərinin Xəzər rayonunun inzibati ərazi vahidliyinə daxil olan Binənin ərazisi 3150 kv. km. Binənin ərazisinə Bolluq və Savxozda daxildir. Yerli əhali ənənəvi olaraq heyvandarlıq, əkinçilik, son onilliklərdə istixana təsərrüfatı (gül, pomidor, xiyar becərilməsi) ilə məşğul olmuşdur. Qəsəbə ərazisində bir neçə ictimai və dini abidələr mövcuddur. Bunlardan 1814-1815 və 1878-1879-cu illərdə inşa olunan iki el hamamını, 1877-ci ildə tikilən Hacı Ərəb və 1916-cı ildə istifadəyə verilən "Möhsin Səlim" məscidini qeyd etmək olar.
Bələdiyyə - qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti, yerli büdcəsi və seçki bələdiyyə orqanları olur və o, Azərbaycan Respublikası Konstitusiyası ilə və bu qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər."Bələdiyyə" və "yerli özünüidarə" terminləri və bunların iştirakı ilə düzələn söz birləşmələri bələdiyyə, onların orqanları, yerli özünüidarə funksiyalarının həyata keçirilməsi ilə bağlı olan müəssisə, idarə və təşkilatlar, mülkiyyət obyektləri və başqa obyektlər barəsındə, habelə əhali tərəfındən yerli özünüidarənin həyata keçirilməsi ilə əlaqədar digər hallarda işlədilir.
Bələdiyyələrə seçkilər vətəndaşların qanunla müəyyənləşdirilmiş seçki hüquqları təmin edilməklə, ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi, gizli səsvermə yolu ilə həyata keçirilir.Bələdiyyə orqanları—səlahiyyətləri çərçivəsində yerli əhəmiyyətli məsələləri həll etmək üçün bələdiyyə qulluğunun təşkili məqsədilə bələdiyyə tərəfindən yaradılan və dövlət orqanları sisteminə daxil olmayan orqanlardır.