Biləcəri bələdiyyəsi xəritədə

Biləcəri bələdiyyəsi

Bakı, Biləcəri qəsəbəsi, Binəqədi rayonu, Asəf Zeynallı küçəsi, 37A AZ1117 *** 1 səs

Biləcəri bələdiyyəsi haqqında

Biləcəri bələdiyyəsi — Azərbaycan Respublikasının Bakı şəhəri Binəqədi rayonunda bələdiyyə.Biləcəri bələdiyyəsi 1999-cu ilin dekabrında keçirilmiş seçkilərdən sonra təşkil edilmişdir. Ərazisi 750,56 ha olmaqla Biləcəri qəsəbəsinin hüdudlarını əhatə edir.Bələdiyyənin 6 daimi komissiyası, 5 şöbə və 2 bölməsi vardır.Bələdiyyədə 65 qulluqçu çalışır.Biləcəri — Azərbaycan Respublikasının Binəqədi rayonunun inzibati ərazi vahidində iri şəhər tipli qəsəbədir.

Biləcəri qəsəbəsi haqqında

Biləcəri qəsəbəsi Bakının ən qədim kəndlərindəndir. 1936-cı ildə qəsəbə statusu almışdır. Tarixi mənbələrin məlumatına əsaslanan tədqiqatçılara görə, yaşayış məntəqəsinin etnotoponim olub, türkdilli xəzərlərin Bələncər tayfasının adını əks etdirir. Bələncərlərin Azərbaycana miqrasiyası Sasani şahı I Xosrov Ənuşirəvanın (531-579) Azərbaycana köçürdüyü xəzərlərlə və VIII əsrin əvvəllərində ərəb əmiri Cərrah ibn Abdullahın Xəzər ölkəsinə hücum edərək onun üç paytaxt şəhərindən Arana xeyli əhali köçürməsi ilə əlaqələndirilir.

Yaşayış məntəqəsinin coğrafi mövqeyinə əsaslanan digər tədqiqatçılar isə bu toponimi qədim türk dillərindəki belen (aşırım, alçaq dağ) və cər/cəri (sıldırım, yarğan) komponentlərinin birləşməsi kimi "Aşırımlı yarğan" mənasında izah edirlər.Zəngilan rayonu ərazisində Biləcər (Bələncər) adlı yaylaq vardır.Başqa bir etimologiyaya görə "Biləcəri" sözü "hərbi şəhər" deməkdir.Qafqazın ən böyük dəmir yolu qovşağı buradadır. Sovet dövründə Biləcəri, respublikanın sənaye mərkəzlərindən birinə çevrilmişdir.Əhalisi əsasən azərbaycanlılardan ibarətdir.