Əhmədli bələdiyyəsi Azərbaycan Respublikasının Bakı şəhəri Xətai rayonunda bələdiyyə fəaliyyət göstərir.Əhmədli bələdiyyəsi 1999-cu ildə yaradılmışdır.Bələdiyyə - qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır.Xətai rayon Əhmədli bələdiyyəsi öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını, Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının qanununu və digər aktları rəhbər tutaraq təşkil edir.Bələdiyyə öz büdcəsini ümumi bələdiyyənin istifadəsində olan torpaqlarda tikilən tikililərdən əmlak vergisi, torpaqlardan isə icarə haqqı toplayaraq formalaşdırır.
Əhmədli bələdiyyəsi ərazisində yaşayan əhalinin rifah halının və aztəminatlı insanların sosial durumlarının yaxşılaşdırılması, məhəllə və küçələrin abadlaşdırılması istiqamətində bir çox işlər görmüşdür. Bir neçə küçələrdə kanalizasiya və su xətləri yenilənmiş, asfalt örtüyü salınmışdır. Qəsəbədəki Seyid Mirhəsənağa və Şahin Səmədov küçələrində hissə-hissə asfaltlanma işləri aparılmış, Vəli Məmmədov adına mədəniyyət evi təmir olunmuşdur. İl ərzində Dövlət əhəmiyyətli bayramlarda şənliklər, konsert proqramları təşkil olunmuşdur.
Qəsəbədə 1941-1945-ci illər Böyük Vətən müharibəsində həlak olanların xatirəsini əbədiləşdirən abidədə təmir işləri görülmüş və 40 ədəd qızılgül kolları əkilmişdir. Qəsəbədaxili küçələrin; Balaxan Süleymanov, 8-ci Əhmədli küçəsində asfaltlanma işləri görülmüş, Aşıq Ələsgər küçəsində qrunt suları təmizlənmiş, 40 diametrli su borusu dəyişdirilmişdir. Qurban bayramı ilə əlaqədar qəsəbədə yaşayan tənha və kimsəsizlərə (150 nəfərə 1 kq olmaqla) Qurban payı paylanmış,mütəmadi olaraq onlara maddi yardım olunmuşdur.Bələdiyyənin inzibati binası cari təmir olunmuş, 64 saylı məktəbin hasarı bütövlüklə ağardılmış, bələdiyyə ərazisində 30 m kanalizasiya borusu dəyişdirilmişdir. Ümumilikdə rayonda təşkil olunmuş tədbirlərdə Əhmədli bələdiyyəsi fəal iştirak etmişdir.