Mover.az xəritədə

Mover.az

Bakı, Nəsimi rayonu, Bül-Bül prospekti, 37 C AZ1000 *** 1 səs

Mover.az haqqında

“Mover” MMC şirkəti yüklərin Azərbaycana Türkiyədən çatdırılmasını həyata keçirir. Şirkətimizin www.mover.az saytında qeydiyyatdan keçdikdən sonra hər bir istifadəçi xidmətdən yararlana bilər. “Mover” MMC yükləri Türkiyədəki anbarlarına qəbul edir, onların Azərbaycana gətirilib, müştəriyə çatdırılmasını təmin edir. Daxil olan yüklərin anbara daxil olduğu formasında və vaxtında müştəriyə təhvil verilməsi şirkətin öhdəlikləri sırasına daxildir. Şirkət yükün anbara daxil olmasından başlayaraq, son ünvana çatdırılana qədər trayektoriyası barədə müştərini online və sms xidməti vasitəsilə məlumatlandırmağı da öz öhdəsinə götürür.

Şirkət müştərinin istəyindən asılı olaraq Türkiyədən çatdırılan yükü yerli kuryer xidməti vasitəsilə ünvana da çatdıra bilər.Şirkət müştərilərdən xahiş edir ki, onlara operativ və keyfiyyətli xidmət göstərilməsini təmin etmək üçün qeydiyyatdan keçərkən tələb olunan şəxsi məlumatlar və əlaqə vasitələrini, həmçinin sifariş etdikləri yükün göstəricilərini dəqiq qeyd etsinlər. “Mover” MMC müştərilərinə keyfiyyətli, operativ və qüsursuz xidmət təklif edir!