Azərbaycan Respublikası Gənclər və Idman Nazirliyi xəritədə

Azərbaycan Respublikası Gənclər və Idman Nazirliyi

Bakı, Nərimanov rayonu, Olimpiya küçəsi, 4 AZ1000 *** 3 səs

Azərbaycan Respublikası Gənclər və Idman Nazirliyi haqqında

Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli, 179 saylı fərmanı və Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 861 saylı qərarı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılmışdır.2001-ci ildə ölkəmizdə turizm sahəsini durğunluqdan çıxarmaq, onun potensial imkan və perspektivlərini üzə çıxarmaq, ehtiyatlarından səmərəli istifadə etmək, bu sahənin yüksələn xətlə inkişafını təmin etmək və qabaqcıl sahələrdən birinə çevirmək istiqamətində çox mühüm bir addım atıldı. Prezident Heydər Əliyev ''Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması haqqında'' 18 aprel 2001-ci il tarixli fərmanı ilə bu sahəyə nəzarəti Gənclər və İdman Nazirliyinə həvalə etdi. Hal-hazırda Nazirlik beynəlxalq təcrübəni mənimsəməklə bərabər, həm də öz daxili potensialının tətbiqi və ondan səmərəli istifadə yolu ilə turizmin inkişafı üçün mühüm işlər görməkdədir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin vəzifləri - müvafiq sahədə qanunvericiliklə müəyyən edilmiş hallarda normativ tənzimləməni həyata keçirmək; - dövlət proqlamlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək; - icra hakimiyyəti orqanlarının və qeyri-hökumət təşkilatlarının müvafiq sahə ilə bağlı fəaliyyətini əlaqələndirmək; - Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək; - müvafiq sahədə qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada dövlət nəzarətini həyata keçirmək; - gənclərin təhsil və sosial problemlərinin həllinə öz səlahiyyətləri çərçivəsində yardım etmək, onlar üçün yaradıcı mühitin formalaşdırılmasına köməklik göstərmək, bu məqsədlə sərgilər, festivallar, konsertlər, tamaşalar təşkil etmək; - müasir idarəetmənin və bazar iqtisadiyyatının əsaslarının gənclər tərəfindən öyrənilməsində, istehsalın səmərəli təşkili, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, o cümlədən fermer təsərrüfatlarının yaradılmasında müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə metodik məsləhətlərin verilməsini işini təşkil etmək; - gənclərin hüquqlarının qorunması və sosial müdafiəsi sahəsində aidiyyəti icta hakimiyyəti orqanları və qeyri-hökumət təşkilatları ilə birgə iş aparmaq, gənclərin işlə təmin olunmasına şərait yaratmaq; - əlil, xüsusilə də müharibə əlil olan gənclərin problemlərinin aidiyyəti icra hakimiyyəti orqanları tərəfindən həll edilməsi məqsədi ilə müvafiq vəsadətlər qaldırmaq; - gənc ailələrin sosial, məişət problemlərinin aradan qaldrılmasına dair aidiyyəti icra hakimiyyəti orqanları qarşısında məsələlər qaldırmaq, proqramlar hazırlamaq və digər zəruri tədbirlər görmək; - gənclərin narkomaniya, cinayətkarlıq və digər zərərli vərdişlərdən uzaqlaşdıraraq sağlam həyat tərzinə uyğun yetişdirmək üçün öz səlahiyyətləri daxilində profilaktik tədbirlər görmək, bu məqsədlə aidiyyəri icra hakimiyyəti orqanları və qeyri-hökumət təşkilatları tərəfindən keçirilən tədbirlərdə yaxından iştirak etmək; - tələbə gənclərin dövlət quruculuğu prosesində və ölkənin ictimai-siyasi həyatında iştirakına, onların yaradıcılıq potensialının üzrə çıxarılmasına dair aidiyyəti icra hakimiyyəti orqanları ilə birgə müvafiq proqramlar hazırlayıb həyata keçirmək; - şəxsiyyətin harmonik, hərtərəfli inkişafı, gənclərin əməyə, Vətəni müdafiəyə hazırlanması, onların sağlamlığının möhkəmləndirilməsi, asudə vaxtlarının səmərəli təşkil edilməsi sahəsində bədən tərbiyəsinin və idmanının rolunun axtarılmasına dair tədbirər görmək; - ölkədə bədən tərbiyəsi və idmanın təşviqini və təbliğini təmin etmək; - tədris müəssisələrində və məktəbəqədər tərbiyə bədən tərbiyəsi və idman vasitəsilə uşaqların, məktəblilərin və tələbələtin sağlamığının qorunmasını və möhkəmlənməsini təmin etmək, belə müəssisələrdə uşaq və yeniyetmələrin fiziki hazırlığı üzrə normativləri hazırlamaq; - idman növləri üzrə yığma komandaların maddi-texniki təchizatını təmin etmək, tərkibini və məşqçilərini təsdiq etmək, hazırlığını təşkil etmək, və bu komandaların beynəlxalq yarışlarda, dünya və Avropa çempinotları və birinciliklərində, Milli Olimpiya Komitəsi ilə birlikdə Olimpiya Oyunlarında iştirakını təmin etmək, aidiyyəti icra hakimiyyəti orqanları, hüquqi şəxslər, habelə qeyri-hökumət təşkilatları, o cümlədən bütün idman məktəbləri və Olimpiya hazırlığı mərkəzləri şəbəkəsinin inkişafını əlaqələndirmək onlara metodik tövsiyələr vermək; - yığma komandaların tibbi-bioloği və elmi-metodiki üzrə kompleks tədbirlərin hazırlanmasına, habelə bütün idman növləri üzrə elmi qrupların yaradılmasına, onların fəaliyyətinə nəzarəti həyata keçirmək; - idman növləri üzrə Azərbaycan rekordlarını təsdiq etmək, dünya və Avropa rekordlarının təsdiq edilməsinə dair sənədləri müvafiq beynəlxalq idman təşkilatlarına təqdim etmək; -Nazirliyin fəaliyyəti ilə bağlı olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlət görmək; - fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutlmuş digər vəzifələri yerinə yetirmək.