Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi xəritədə

Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi

Bakı, Nəsimi rayonu, Tbilisi prospekti, 1054 AZ1122 *** 3 səs

Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi haqqında

Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin yaradılması XX əsrin sonlarında dünyanın siyasi həyatında baş verən proseslər bir çox dövlətlərə, o cümlədən də Azərbaycana müstəqil dövlət quruculuğu yoluna qədəm qoymaq imkanı verdi. Güclü iqtisadi potensiala, zəngin yeraltı və yerüstü sərvətlərə malik olan Azərbaycan müstəqilliyinin ilk illərindən beynəlxalq aləmin diqqət mərkəzinə çıxa bildi. Avropaya və beynəlxalq aləmə inteqrasiya prosesi isə daxili islahatların həyata keçirilməsi ilə müşayiət olundu. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 5 avqust tarixli 743 saylı fərmanı ilə Nəqliyyat Nazirliyinin yaradılması respublikada idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində aparılan məqsədyönlü struktur islahatlarının tərkib hissələrindən biri oldu. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 10 iyun tarixli 880 saylı fərmanı ilə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə təsdiq edilib və nazirlik fəaliyyətə başlayıb.Əsasnaməyə görə, Nazirlik dəmir yolu, su, avtomobil, mülki hava nəqliyyatı və avtomobil yolları sahələrində vahid dövlət siyasətini formalaşdıran və həyata keçirən, sahələrarası münasibətləri tənzimləyən mərkəzi icra hakimiyyəti orqanıdır.Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, həmçinin Nəqliyyat Nazirliyi haqqında Əsasnaməni rəhbər tutur.