Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi haqqında
Azərbaycan Respublikasının Energetika Nazirliyi yanacaq-energetika sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və Azərbaycan Respublikası Energetika Nazirliyinin Əsasnaməsini rəhbər tutur.
Yanacaq-energetika sahəsi "Energetika haqqında" Azərbaycan Respublikasının Qanunu ilə energetika sahəsində müəyyən edilmiş fəaliyyətdən ibarətdir.Azərbaycan Respublikasının Energetika Nazirliyi Azərbaycan Respublikasının Prezidentinin 22 oktyabr 2013-cü il 3 saylı Sərəncamı ilə yaradılmışdır. Bundan əvvəl Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi Azərbaycan Respublikasının Prezidentinin 6 dekabr 2004-cü il 150 saylı Fərmanı ilə, Yanacaq və Energetika Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2001-ci il tarixli 458 nömrəli Fərmanı ilə yaradılmışdır.Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi Azərbaycan Respublikasının Prezidentinin 22 oktyabr 2013-cü il 3 saylı Sərəncamı ilə ləğv edilmiş və onun funksiyaları Azərbaycan Respublikası Energetika Nazirliyinə verilmişdir.Azərbaycan Respublikası Energetika Nazirliyinin Əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2014-cü il 149 saylı Fərmanı ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikası Energetika Nazirliyinin strukturu
1. Azərbaycan Respublikasının Energetika Nazirliyinin aparatı (şöbələr və sektorlar).
2. Nazirliyin strukturuna daxil olan qurumlar:
- “Dövlət Enerji Nəzarəti” İdarəsi;
- “Dövlət Qaz Nəzarəti” İdarəsi.