Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi xəritədə

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bakı, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 40 AZ1000 *** 5 səs

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi haqqında

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi — mədəniyyət, incəsənət, turizm, tarix və mədəniyyət abidələrinin qorunması, nəşriyyat, kinematoqrafiya sahələrində dövlət siyasətini tənzimləyən icra hakimiyyəti orqanıdır.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 yanvar 2006-cı il tarixli Fərmanı ilə həmin vaxta qədər fəaliyyət göstərən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi ləğv edilmiş, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi əsasında Mədəniyyət və Turizm Nazirliyi yaradılmışdır.Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2006-cı il tarixli 393 nömrəli Fərmanı ilə Mədəniyyət və Turizm Nazirliyi haqqında əsasnamə təsdiq edilmişdir.Nazirlik əsasən dövlət büdcəsindən maliyyələşir. Bakı şəhərində yerləşir. Nazirliyin ölkə prezidenti tərəfindən təsdiq edilmiş əsasnaməsi bu dövlət qurumunun fəaliyyətinin əsas istiqamətlərini, vəzifələrini, hüquqlarını, fəaliyyətinin təşkili məsələlərini müəyyən edir. Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyət dairəsi Hazırda Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyət dairəsinə 28 teatr, 6308 tarix və mədəniyyət abidəsi, 1 sirk və 12 konsert müəssisəsi, 3985 kitabxana, 2708 klub, 189 dövlət muzeyi (filiallarla birlikdə), 234 uşaq musiqi, incəsənət və rəssamlıq məktəbi, 33 rəsm qalereyası və sərgi salonu, 21 dövlət qoruğu, 60 mədəniyyət və istirahət parkı, 1 zoopark, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz, 4 asudə vaxt Mərkəzi, 6 təsərrüfat təşkilatı, “Azərbaycanfilm” də daxil olmaqla 7 film istehsalı studiya, 134 şəhər və rayon kinoteatrı, Dövlət Film Fondu (Naxçıvan filialı ilə birlikdə), Respublika Kitabxana Kollektoru, bir qəzet (“Mədəniyyət”), iki jurnal (“Mədəni-maarif” və “Pəncərə”) redaksiyası, Dövlət Turizm İnstitutu, Bakı Xoreoqrafiya Məktəbi, Mədəniyyət İşçilərinin İxtisasartırma Mərkəzi, Mingəçevir Turizm Kolleci, Milli Kulinariya Mərkəzi, 62 şəhər və rayon mədəniyyət və turizm şöbəsi, Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyi, Bakı, Gəncə, Sumqayıt şəhər turizm idarələri, Şəki Atçılıq Mərkəzi, Bakı Turizm İnformasiya Mərkəzi, Bakı Turizm İnformasiya Mərkəzi, Lənkəran Uşaq düşərgəsi daxildir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən bu sahəyə böyük diqqət və qayğı göstərilmiş, mədəniyyət və turizm işçilərinin əmək haqları artırılmış, mədəni-sosial, maddi-texniki bazanın tamamilə yenidən qurulması prosesinə start verilmiş, teatr, kino, kitabxana işi, abidələrinin qorunması sahələrində dövlət başçısının fərmanları, sərəncamları verilmiş, Dövlət proqramları işləməyə başlamışdır.Turizm inkişafı istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Nazirliyin fəaliyyət istiqamətləri Nazirliyin dövlətlərarası müqavilələrə uyğun olaraq Avropa, Asiya və İslam ölkələri, ABŞ və Latın Amerikası ilə beynəlxalq mədəniyyət proqramlarını həyata keçirir.Nazirlik çoxtərəfli əməkdaşlıq çərçivəsində BMT, MDB, GUAM, Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, İslam Konfransı Təşkilatı, YUNESKO, Dünya Turizm Təşkilatı, TÜRKSOY, İSESKO və digər beynəlxalq qurumlar vasitəsi ilə Azərbaycan mədəniyyətini dünyada təbliğ edir, eyni zamanda dünya mədəni sərvətlərinin ölkəmizdə tanıdılması sahəsində əhəmiyyətli proqramlar həyata keçirir.Nazirliyin fəaliyyət istiqamətləri aşağıdakılardır: müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir; müvafiq sahənin inkişafına yönəldilmiş müxtəlif proqramlar işləyib hazırlayır və həyata keçirir.