Azərbaycan Mikromaliyyə Assosiasiyası AMFA xəritədə

Azərbaycan Mikromaliyyə Assosiasiyası AMFA

Bakı, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 44 AZ1065 *** 1 səs

Azərbaycan Mikromaliyyə Assosiasiyası AMFA haqqında

Mikromaliyyə Azərbaycana 1990-cı illərin ortalarında Ermənistanla Dağlıq Qarabağ münaqişəsi zamanı qovulan 1,000,000 artıq məcburi köçkün və qaçqının iqtisadi tələbatlarının ödənilməsi strategiyası kimi təqdim olunmuşdur.1996-cı ildə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq qeyri-hökümət təşkilatları ölkədə yerli və müharibədən ziyan çəkən əhali üçün iqtisadi imkanları artırmaq məqsədilə mikromaliyyə fəaliyyətinə başladılar. Davamlı inkışafa nail olmaq məqsədilə kredit xidmətlərinin göstərilməsində üzləşdikləri problemlər barədə müzakirələr etməyə və təcrübə mübadiləsini aparmağa başlamışdılar. 2001-ci ilin dekabr ayının 19-da bir sıra qurumlar Anlaşma Memorandumunu imzaladılar və təşkilatın ilkin nizamnaməsini tərtib etməklə yanaşı, onun missiyasını, məqsəd və məramını, fəaliyyət dairəsini, idarəetmə strukturunu müəyyənləşdirərək rəsmi olaraq Azərbaycan Mikromaliyyə Assosiasiyasının təsis edilməsini təmin etmişlər.

Mikromaliyyə Assosiasiyasının məqsədləri

Azərbaycanda mikromaliyyə sektoru xarici investitorlar tərəfindən Azərbaycan bazarına yönəldilən külli miqdarda kapital axımı nəticəsində böyük sıçrayışla inkişaf edir.Assosiasiyanın rolu üzvlərinin bu mühiti anlamalarına köməklik etməkdən və bütün mikromaliyyə sektorunun strukturunu yaratmaqdan ibarətdir.Azərbaycan Mikromaliyyə Assosiasiyası üzv Mikromaliyyə təşkilatlarının fəaliyyət həcmlərini gücləndirməyə və Azərbaycanda mikromaliyyə cəmiyyətinin maraqlarını artırmaq üçün effektiv kollektiv aksiyaları yerinə yetirməyə məqsəd qoymuş üzvlərdən ibarət təşkilatdır. Assosiasiya 2004-cü ildə qurulmuş və böyüyərək 27 üzv mikromaliyyətəşkilatına çatmışdır.

Assosiasiyanın təşkilati strategiyası, Assosiasiyanı 3 əsas strateji istiqamətləri vasitəsi ilə özünü təmin edən təşkilat kimi yaratmaqdan ibarətdir. Assosiasiyanın əsas strateji pillələri məhdudiyyətsiz gəlirlərini yeni məhsul və xidmətlər vasitəsilə artırmaq, strateji əməkdaşlıq və mikromaliyyə sektorunun ekspert təşkilatı kimi görünmək kimi meyarlarla sıx bağlıdır.Assosiasiya bu yöndə aparıcı təşkilatlardan biri olub, strateji fokusunu orta və böyük həcmdəmikromaliyyə institutları üzərində cəmləmişdir və öz üzvlərinin ehtiyaclarını qarşılayacaq xidmətləri
göstərmək üçün ekspertliyi mövcuddur. Assosiasiyanın 3 strateji meyarı vardır, bunlar:

  • İnnovativ mikromaliyyə məhsulları və xidmətlərini inkişaf etdirmək;
  • Qabaqcıl təcrübələrə əsaslanaraq mütəmadi olaraq öz üzvlərinə tədris keçmək;
  • Azərbaycanda mikromaliyyə sahəsi üzrə ekspertliyini inkişaf etdirmək.

Assosiasiya öz strateji istiqamətlərinə yeni məhsul və xidmət təklifləri vasitəsi ilə dayanıqlığı təmin edərək, qeyri mənfəət və kommersiya təşkilatları ilə strateji ortaqlığı inkişaf etdirərək nail olur.