Mickey's House xəritədə

Mickey's House

Bakı, Ağa Nemətulla küçəsi, Nərimanov rayonu, 117 AZ1000 *** 7 səs

Mickey's House haqqında

Biz özünə güvənən, sevgi dolu, xoşbəxt körpələr yetişdirmək məqsədilə sizinləbirlikdəyik. Fiziki, intelektual, sosial vəhissiyatlı inkişaf ,sağlam həyat tərzini dəstəkləyən ,eyni zamanda cəmiyyət-uşaq,valideyn-uşaq arasında normal münasibətlərin yüksək səviyyəyə çatdırılması, ”Mickey”s house” fərqli və müasir müəssisəolduğunun baris sübutudur.Hər kəsə məlumdur ki, körpələrin dərketməinstinkləri, sensor bacarıqları erkən yaşlarından formalaşır. Lakin bu prosesi diqqətdən kənar qoymaq olmaz.Yalnız düzgün təlim və tərbiyəproqramı hərtərəfli inkişafi təmin edən təcrübəli yanaşma nəticəsindəcəmiyyətə sağlam məntiqli istedadli uşaqlar qazandırmaq olar. “Mickey”s house” uşaq bağçası Azərbaycan Respublikasının Təhsil Nazirliyi qanunvericiliyinə uyğun fəaliyyət göstərir.Azərbaycan təlim-tərbiyə təhsil sistemi ilə yanaşı,beynəlxalq uşaq bağçalarının məktəbəqədər proqramlarını özündə birləşdirən özəl müəssisədir.

Mickey”s house uşaq bağçasının fəaliyyəti

“Mickey”s house” uşaq bağçasının daxilində və xaricində quraşdırılmış kameralar vasitəsi ilə körpələrimizin təhlükəsizliyi təmin olunur. Otaqların hamısı mərkəzi isitmə və soyutma sistemi ilə təchiz olunub.Körpələrin sağlam şəraitdə inkişafını təmin etmək üçün bağçamızda uşaq həkimi fəaliyyət göstərir.Bağçanın sağlam və gigiyenik vəziyyətinə, yeməklərin keyfiyyətinə daima həkim tərəfindən xüsusi olaraq nəzarət edilir.

Fiziki mədəniyyət məşğələlərində istifadə olunan bütün qurğular uşaqların yaş səviyyələrinə və boylarına uyğun hazırlanıb.Bağçamız 2-3 ,3-4 , 4-5, 5-6 yaş və anlaq səviyyəsinə uyğun fəaliyyət göstərir.Gün ərzində tədris proqramı ,oyunlar, gəzintilər, qidalanma, yuxu saatı iki tərbiyəçi və bir gözətçi tərəfindən aparılır.Hər bir qrup üçün uşaqların yaş və anlaq səviyyəsinə uyğun proqramlar tətbiq olunur.Bağça sentyabr ayının 1-dən iyun ayının 30-na qədər fəaliyyət göstərir. “Mickey”s house” hər gün səhər saat 8:00 dan18:00-a qədər xidmətinizdədir.

Məqsədimiz

  • Uşaqların hərtərəfli inkişafını təmin etmək
  • Fiziki əqli, sosial ,nitq, bilik və estetik cəhətdən dəstəkləmək və yönəltmək
  • Sağlam qida rejimi
  • Mehriban personal və təcrübəli tərbiyəçilər tərəfindən aparılan təlim-tərbiyə proqramı
  • Gigiyenik, ekoloji təmiz, beynəlxalq standartlara cavab verən oyuncaqlar, vəsaitlər