Məstdərgah Istirahət Mərkəzi xəritədə

Məstdərgah Istirahət Mərkəzi

Quba-Xınalıq yolu, Quba, 25 AZ1000 *** 1 səs

Məstdərgah Istirahət Mərkəzi haqqında

Artıq dincəlmək zamanıdır. Paytaxtın səs-küyündən, qaynar şəhər həyatından, asfaltın istisindən, daş-beton hasarların soyuğundan çıxıb təbiətə qovuşmaq vaxtıdır. Əsrarəngiz təbiət - dağ şəlaləsi, ciyərlərəişləyən təmiz hava, yamyaşıl meşə, çəmənlik, adamı məst edən gül-çiçək ətri, nəhayət, taxta evlərin doğma rahatlığı…Quba-Xınalıq yolunun 25-ci kilometrliyində, dəniz səviyyəsindən 1380 metr hündürlükdə MəstDərgah dağının ətəyində yenicə istifadəyə verilmiş "Məst Dərgah" istirahət kompleksi özəlliklərinə gorə, digər turizm obyektlərindən fərqlənir. Onlardan ən əsası buradakı bütün kotec və tikililərin taxtadan inşa edilməsidir. Koteclərin içərisindəki bütün məişət avadanlıqları da taxtadan hazırlanıb - çilçıraqdan tutmuş, külqabınadək. Bütün koteclər xüsüsi ustalıqla hazırlanan taxta yataq mebeli, paltar dolabı, divan, kreslo ilə təmin edilib. Taxta evlər digər tikililərdən təkcə görünüşü ilə yox, insan sağlamlığına faydası ilə fərqlənir. Mərkəzə avtomobilə gələnlər isə maşınlarını 30 avtomobil tutumu olan avtoparkda saxlayıb, rahatca istirahət edə bilərlər.

Məstdərgah Istirahət Kompleksi - Kotteclər

«Məst Dərgah» istirahət kompleksi özəlliklərinə görə, digər turizm obyektlərindən fərqlənir. Onlardan ən əsası buradakı bütün kottec və tikililərin taxtadan inşa edilməsidir. Şam ağaclarından inşa edilən bu tikililərdəki təbiilik insana zövq və enerji verir. Kotteclərin içərisindəki bütün məişət avadanlıqları da taxtadan hazırlanıb - çilçıraqdan tutmuş, külqabınadək. Bütün kotteclər xüsusi ustalıqla hazırlanan taxta yataq mebeli, paltar dolabı, divan, kreslo ilə təmin edilib. Taxta evlər digər tikililərdən təkcə görünüşü ilə yox, insan sağlamlığına faydası ilə fərqlənir.İstirahət mərkəzinin digər ustunluyu kotteclərin tamamilə yeni sistemlə qızdırılmasıdır.

Burada da xususi texnologiyalardan istifadə edilib: Koteclərin hər birində infra-qırmızı istilik sistemləri quraşdırılıb. Bu sistemin digərlərindən bir sıra mühüm üstünlükləri ilə fərqlənir. Anti allergen effekt, havanı və mebeli qurutmama, istiliyi otaqla bərabər paylaşdırma qonaqların rahatlığına xidmət edir. İstirahət mərkəzinin həyətində özünü təbiətin qoynunda sayırsan. Dağ başından axan şəlalə birbaşa həyətə tökülür. Mərkəzin hər yerindən eşidilən şəlalənin səsi yaxınlaşdıqca daha da artır. Şəlaləyə yaxın “besedka”larda əyləşənlər suyun gətirdiyi sərinliyi daha yaxından duya bilərlər. Bu abı-havanı mərkəzin hər yerində saxlamaq ucun həyətin digər tərəfində də süni şəlalə yaradılıb.

Koteclərə daxildir:

  • Peyk və idman kanalları ilə təhciz olunmuş maye kristallı televizorlar
  • Fərdi tənzimlənən mərkəzi kondisioner sistemi
  • Otaqda ləvazimat paneli
  • Otaqda yerləşən seyf
  • Fen
  • Məlumat portları və genişdalğalı internetə çıxış
  • Nömrələrə 24 saatlıq xidmət
  • Qulluqçu xidmətləri