Messenat Holding xəritədə

Messenat Holding

Bakı, Nəsimi rayonu, Xətai prospekti, 38 AZ1008 *** 0 səs

Messenat Holding haqqında

«Messenat Holdinq-Şirkətlər Qrupu» Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində qeydiyyatdan keçərək 0106-P232-46172 saylı 28.06.2006-cı ildə hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi alınmışdır. «Messenat Holdinq-Şirkətlər Qrupu» MMC təmsil etdiyi Cəmiyyətlərin işini daha səmərəli qurmaq və Cəmiyyətlərin arasında şəbəkə yaratmaq məqsədi ilə yaradılmışdır.

«Messenat Holdinq-Şirkətlər Qrupu» MMC-nin tərkibinə asağadakı olan firmalar daxildir:

  • «Bəhrəmtəpə-Çınqıl» ASC
  • «Muğan Su Elektrik Stansiyası» ASC
  • «Arbitr-H.T.İ Konsaltinq» MMC
  • «Həbibli-LTD» MMC
  • «Aristokrat» Restoran və Mehmanxana

Messenat Holdinq-Şirkətlər Qrupunun missiyası

Müasir texnologiyalar tətbiq edərək ölkəmizin resurslarından səmərəli istifadə etmək, yeni iş yerlərini yaratmaq üçün sərmayə qoymaq, səhmdarlar, işçilər və müştərilərin məmnuniyyətini ən yüksək səviyyədə təmin etməklə Azərbaycanın rifahı və iqtisadi inkişafına öz töhfəmizi vermək, ölkəmizlə birgə böyüməkdir.

Missiyamız təşkilatımızın mövcud olma məqsədi, müxtəlif fəaliyyət istiqamətlərində oynamalı olduğu roldur.

  • Etibarlı, yüksək keyfiyyətli, sağlamlığa və ətraf mühitə zərər verməyən məhsul və xidmət istehsal etmək;
  • Bu mal və xidmətləri ən uyğun şəkildə istehlakçılara təqdim etmək;
  • Fəaliyyət göstərdiyimiz sektorda ən yaxşıların əməkdaşlıq etmək istəyəcəkləri təşkilat olmaq;
  • Nizamlı və sağlam böyümək, orta yol seçmək, irəliləmək və maliyyə imkanlarımızı beynəlxalq səviyyəyə çatdırmaq;
  • Sabit rəqabət üstünlüyümüzü qorumaq və dünyaya açılmaq;
  • Sosial məsuliyyət sahibi, etibar edilən təşkilat olmaq;
  • Texnoloji infrastrukturdan intensiv və faydalı şəkildə istifadə etmək;
  • Yerli gücümüzü regional üstünlüyə çevirmək;
  • Məhsul və xidmət növünü çoxaldaraq satış həcmini artırmaq;
  • İstehlakçıların ehtiyac duyduqları mal və xidmətləri vaxtında qiymət dəyər əlaqələri daxilində təmin etmək;
  • İçində fəaliyyət göstərdiyi sektora istiqamət vermək;
  • Ölkəmizin keyfiyyət ənənəsinin yayılmasına nail olmaq;
  • İstehlakçı istiqamətli xidmət anlayışını tətbiq etmək;
  • Ümumi keyfiyyətə nail olmaq və məhsullarımızın dünyanın hər bir yerinə çatmasına nail olmaq;
  • Sosial ədaləti təşkilatın ən vacib prinsipinə çevirmək, insan hüquqlarının, insan amilinin həmişə ön planda olmasını təmin etmək və bu sahədəki nəzəri və tətbiqi fəaliyyətləri inkişaf etdirmək.

Məhsullarımızla bağlı hər növ məlumat, şikayət, təklif və suallarınızı bizlərə bildirə bilərsiniz. Bizimlə əlaqə saxlamaq üçün heç tərəddüd etməyin. Bizim üçün Sizin fikirləriniz çox vacibdir. Hər bir Müştərimiz bizim dostumuzdur və burada Sizinlə əsil dost kimi davranılacaqdır. Şirkətimizin mütəxəssisləri bütün suallarınıza ən qısa zamanda cavab verəcəkdir. Əgər ehtiyac yaranarsa, müraciətinizdən sonra nümayəndələrimiz Sizi ziyarət edəcəkdir.