01.04.2015-ci il tarixində Mərkəzi Klinikanın yeni Stomatologiya Mərkəz yüksək səviyyəli, xarici ölkələrdə təhsil almış və kurslar keçmiş mütəxəssislər və ən son texnologiyalara uyğun tibbi avadanlıqlarla təmin olunmuş, tibbi xidmətlə bağlı bütün şərait yaradılmışdır.Stomatoloji Mərkəzin ümumi sahəsi 527,71 m2 olmaqla, şöbədə 9 tibbi xidmət, 2 laboratoriya, 1 sterilizasiya otağı mövcuddur. Klinikada əsas üç məsələyə - • tibbi personalın mütəxəssislik səviyyəsi, peşəkar tibbi xidmət, etibarlı sterilizasiya önəm verilir.
Xəstələrə 6 həkim, 8 tibb işçisi və müxtəlif sahələrdə məşğul olan 6 inzibati-texniki heyət üzvü xidmət göstərir. Həkimlər yüksək ixtisaslı və müasir səviyyədə tibbi bilik və bacarığa malikdirlər. Mütəmadi olaraq müxtəlif yerli, eləcə də xarici kurs və seminarlarda iştirak edirlər. Xarici ölkələrdə stomatologiya sahəsində böyük nüfuza malik mütəxəsislər vaxtaşırı dəvət edilərək burada xidmət göstərmələri təmin edilir. Mərkəzdə stomatologiya sahəsində ən son texnologiyadan istifadə etməklə keyfiyyətli tibbi xidmət göstərilir.Xəstələrin tibbi xidmət üçün müraciətləri əvvəlcədən qeydiyyat (randevu) sistemi əsasında dəqiq vaxtla aparılır.
Mərkəzdə uşaq stomatologiyasına xüsusi yer verilir. Belə ki, ağrısız müalicə işləri uşaqların klinikaya həvəslə gəlməsinə şərait yaradır. ABŞ istehsalı olan müalicəvi plomblardan və profilaktik vasitələridən istifadə olunur. Profilaktika məqsədi ilə hermetizasiya (silant), remineralizasiya (dişlərin kalsium və ftorla zənginləşdirilməsi) prosedurları aparılır.Tibbi xidmət zamanı sterilizasiya məsələlərinə xüsusi diqqət verilir. Amerika üsulu ilə aparılan sterilizasiya aşağıda qeyd olunan beş mərhələdə həyata keçirilir:
Mərkəzdə VİP kabinet, 8 prosedur otağı, rentgenoloji kabinet, texniki laboratoriya fəaliyyət göstərir. Bütün avadanlıqlar dünyada lider sayılan SİRONA firmasına aiddir. VİP kabinetdə CEREC aparatının təqdim etdiyi CAD/CAM sistemi quraşdırılıb. Bu sistem vasitəsi ilə müxtəlif restavrasiyalar (keramik qapaqlar, körpülər, inley, onlay) kliniki şəraitdə kompyuter texnologiyasının köməkliyi ilə xüsusi proqram əsasında 3D dizaynda hazırlanır. Bu da pasientlərin vaxtına qənaət etməyə, qısa müddət ərzində (1 saat) hazır diş konstruksiyalarını təqdim etməyə imkan verir. Xidmət otaqlarında (kabinetlərdə) quraşdırılan SİRONA C4+ və C8+ avadanlıqları pasientlərə və həkimlərə maksimum komfort təşkil edir. Avadanlıqda quraşdırılmış viziograf (ağızdaxili kamera) vasitəsi ilə xəstələrə kliniki halları monitor vasitəsilə (22 düym ekran) ətraflı izah etməyə imkan verir.
Hər kabinetdə endodontik müalicə üçün VDV gold cihazları quraşdırılıb. Bu cihaz vasitəsi ilə kanal müalicəsi dünya standartlarına uyğun şəkildə aparılır. SİRONA Orthophos XG plus DS/ceph panoram və tomoqrafik (bütün alt və üst çənə nahiyəsini, gicgah-çənə oynağını və burun ətrafı cibləri) çəkilişlər edə bilən 12 proqrama malikdir. SİRONA Helident DS rəqəmsal dental rentgen aparatı intraoral və dişləm halında (Bitening) rentgen edir. Bu aparatın digər şirkətlərin istehsal etdiyi rentgen aparatlarından əsas üstünlüyü onun təhlükəsizliyidir. Bu aparat bütün təhlükəsizlik standartlarına cavab verir. Tubusun başlıq hissəsinə xüsusi qurğu (kollegmator) yerləşdirilir ki, bu da şüalanmanı məhdudlaşdırır. Bu rentgenlər əsasında karies ən ilkin mərhələdə aşkar edilir və müalicə olunur.Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Mərkəzi Klinikanın Stomatologiya Mərkəzində beynəlxalq standarlara uyğun tibbi xidmət imkanları yaradılmışdır. Bu imkanlardan istifadə edərək xalqımıza layiq olduğu stomatoloji xidmət göstərməkdən qürur duyuruq.