Mən Corporate Branding haqqında
"Mən" MMC Azərbaycanda geniş miqyaslı reklam xidmətlərini təklif edir. Müasir dövrdə rəqabət mühitinə tab gətirmək üçün şirkətlər öz brend simalarını formalaşdırmağa çox böyük önəm verirlər. Düzgün brend strategiyasının məhsulun və xidmətin uğurlu olmasında rolu kifayət qədər böyükdür. Ona görə də, korporativ brendləşmə “MƏN” şirkətinin ən mühüm fəaliyyət istiqamətlərindən biridir. Bu fəaliyyətə xırda və böyük şirkətlərlə, eləcə də alış-veriş və restoran şəbəkələri, idman klubları və böyük beynəlxalq təşkilatlarla birgə iş daxildir.
Korporativ brendləşmə fəaliyyəti çərçivəsində “MƏN” MMC aşağıdakıları həyata keçirir: korporativ brendləşmənin strategiyası və platforması, korporativ stil – brendin vizual qrafik təsviri, marka tanıtım strategiyası, şirkətin üslubunun (brandbook) hazırlanması.