Memorial Klinik xəritədə

Memorial Klinik

Bakı, Nizami rayonu, Qara Qarayev prospekti, 38A AZ1000 *** 1 səs

Memorial Klinik haqqında

Klinikamız 2009-cu ildən fəaliyyət göstərir. Memorial Klinik tibbi fəaliyyətə başladığı dövrdən Qərbin inkişaf etmiş laboratoriyaları ilə eyni standart çərçivəsində çalışmağı qarşısına məqsəd qoymuşdur. Laboratoriyanın avadanlıq parkı Birləşmiş Ştatların öndə gedən laborator bazaları ilə ekvivalent olaraq təşkil olunmuşdur. Analizlərin aparılmasında Keyfiyyət, Müddət və Qiymət kimi parametrlər əsas götürülmüşdür. Tam avtomatlaşdırılmış rejimdə aparılan analizlər yüksək həssaslığı və spesifikliyi sayəsində manual müdaxilənin olmaması, cihazların LİS ( laborator informasiya sistemi ) sisteminə qoşulması analitik mərhələdə ola biləcək səhvləri minimuma endirir.

Klinika klinik, hemotoloji, biokimyəvi, immunoloji, PZR, bakteriologiya və histologiya olmaqla ayrıca laborator vahidlərdən təşkil olunub. Klinakanın laborator bazası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin verdiyi normativlərə uyğundur. Klinika ilk öncə yüksək ixtisaslı kadrların yetişdirilməsinə, müasir avadanlıqların (Sysmex XT 4000 I , Cobas e411, Cobas c311) və mütərəqqi idarəetmə sisteminin LİS tətbiqinə, müasir metodikaların, avadanlıq və reaktivlərin işləməsi, daxili keyfiyyət nəzarətinin tətbiq olunmasına ciddi diqqət yetirir.