Məlumat Hesablama Mərkəzi xəritədə

Məlumat Hesablama Mərkəzi

Bakı, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 185 AZ1010 *** 1 səs

Məlumat Hesablama Mərkəzi haqqında

Məlumat Hesablama Mərkəzi (MHM) Nazirlər Sovetinin 07.12.1973-cü il 401 (b.6) saylı qərarı və Rabitə Nazirliyinin 05.07.1974-cü il tarixli 140 saylı əmrinə əsasən təsis edilib. 19.04.1999-cu ilə kimi "Respublika İnformasiya Hesablama Mərkəzi” adı altında fəaliyyət göstərib. 20.04.1999-cu ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin Dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsində "Məlumat Hesablama Mərkəzi” adı ilə qeydiyyatdan keçib.MHM İSO 9001:2008 beynəlxalq keyfiyyət sertifikatına malikdir və hazırda İSO 27001 beynəlxalq sertifikatının alınması mərhələsindədir. Müəssisənin online şəbəkəsinə RYTN-in bütün struktur bölmələrinin 2500-dən çox kompüterləri qoşulub. Bu kompüterlər əsasən telekommunikasiya qovşaqlarında, ATS-lərdə, poçt şöbələrində gedən texnoloji proseslərdə istifadə olunur və onlar MHM-də quraşdırılan müvafiq serverlərə qoşulublar. Elektron xidmətlərin və dövlət informasiya ehtiyatlarının reyestrləri MHM tərəfindən aparılır.

Məlumat Hesablama Mərkəzinin missiyası

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) texnoloji proseslərdə istifadə olunan kompüter və serverlərin texniki xidmətini, proqram təminatının hazırlanmasını, korporativ və lokal şəbəkələrin istismarını həyata keçirir.Biz, Məlumat Hesablama Mərkəzi (MHM) korporativ və lokal şəbəkələrin, Veb saytların yaradılması, proqram təminatı və istismarı, telekommunikasiya xidmətlərini sifarişçilərin normativlərə əsaslanmış real və artan tələbatlarını təmin etmək məqsədilə keyfiyyət sahəsində aşağıdakı siyasəti bəyan edirik.
Keyfiyyət sahəsində siyasət müxtəlif telekommunikasiya xidmətlərinin yerinə yetirilməsi qayda və keyfiyyətinə qoyulan tələbləri tənzimləyən beynəlxalq (ISO 9001:2008)və milli standartların norma və qaydalarının şərtsiz icrasına əsaslanır.Biz hər bir müştərimizin arzu və istəklərini, maliyyə imkanlarını nəzərə alaraq, keyfiyyət sahəsində öz xidmətlərimizdə aşağıdakı öhdəlikləri üzərimizə götürürük:

  • müştərilərin maksimum məmnunluğunu təmin etmək;
  • məhsulun çeşidlərini və keyfiyyətini, müştərilərin ehtiyac və istəklərini Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri əsasında həyata keçirmək;
  • sistemin daimi təkmilləşdirlməsini təmin etmək məqsədilə rəhbərlik tərəfindən təhlillərin aparılması;
  • daima müştəri tələbatını yaxşı öyrənmək və bu tələbata uyğun səmərəli fikir və işlərlə rəqiblərdən əvvəl bazara çıxmaq;
  • siyasətimizin təşkilatın bütün səviyyələrində çatdırılması və başa düşülməsini təmin etmək;
  • işçilərin daimi inkişafı və biliklərinin təkmilləşməsini, fəaliyyətimizin operativliyini və effektivliyini təmin edib artırmaq məqsədilə vaxtaşırı tədrislərin təşkil edilməsi;
  • istehsal göstəricilərimizi zamanın tələblərinə uyğun yüksəltmək və inkişaf etdirmək;
  • innovasiya və informasiya kommunikasiya texnologiyalarının tətbiqi sahəsində lider təşkilata çevrilmək.