Mələk Uşaq Əyləncə mərkəzi xəritədə

Mələk Uşaq Əyləncə mərkəzi

Bakı, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi, 94 AZ1000 *** 4 səs

Mələk Uşaq Əyləncə mərkəzi haqqında

“PZ" məhdud məsuliyyətli cəmiyyəti Prezidentimiz cənab İlham Əliyevin elan etdiyi "Uşaq ili" çərçivəsində - 2009-cu il 13 iyul tarixində "MƏLƏK" ailə-uşaq əyləncə mərkəzini ailələrinizin və uşaqlarınızın istifadəsinə verdi."MƏLƏK" ailə-uşaq əyləncə mərkəzini açmaqda əsas məqsədimiz uşaqların istirahət və əyləncəsini düzgün təşkil edilməsidir. Uşaqların boş vaxtını səmərəli keçirilməsi üçün mərkəzimizdə hər şey düşünülmüşdür. Hər yaş dövründən olan uşaqlar üçün rəngarəng bölmələr yaradılmışdır. Mərkəzimiz gələcəyimiz olan uşaqlara xidmət etdiyindən bütün gigiyena qaydalarına riayət edilməsinə ciddi nəzarət olunur, mətbəximizdə hazırlanan yeməklərdə uşaqların sağlamlığına zərərli ola biləcək heç bir məhsuldan istifadə edilmir. Bütün balacaların il boyu həyacanla gözlədiyi doğum günləri "MƏLƏK" ailə-uşaq əyləncə mərkəzində tamamilə fərqli və unudulmaz keçir.

Mələk ailə-uşaq əyləncə mərkəzinin xidmətləri

  • Oyun aparatları-Uşaqların hər yaş dövrünə uyğun quraşdırılan maraqlı və rəngarəng oyun aparatları onların əyləncəsinin şən keçməsini təmin edir;
  • Sony play statİon 3 oyunları-Yeniyetmələrin və uşaqların ən çox sevdiyi, tez-tez yenilənən Sony Play Station 3 oyunları onların daha çox marağına səbəb olur;
  • Nİntendo wİİ oyunları-Dinamikanı sevən, müasir uşaqlar və gənclər hər zaman Nintendo Wii oyunlarına üstünlük verirlər;
  • "Mələk" labİrİnt uşaq şəhərciyi-Labirintin kiçik maneələrini aşan balacalar burada çox əylənirlər;
  • Vİp restoran-Sehirli nağıllar aləmini xatırladan zal uşaq ad günü və tədbirlərinin keçirilməsi üçün ideal məkandır;
  • Karaoke-Uşaqların olduğu qədər gənclərin və böyüklərin də əyləncəsini daha rəngarəng edən vasitədir;
  • Cizgi və animasiya, o cümlədən ailəvi seyr edə biləcəyiniz filmlərin vip zalda göstərilməsİ-Uşaq filmləri öz tərbiyəvi əhəmiyyətinə görə balacalar üçün ən vacib əyləncə növüdür;
  • Uşaq saxlama xidməti-Əgər bir yerə gedərkən övladınızı qoymağa etibarlı yer axtarırsınızsa əmin ola bilərsiniz ki, mərkəzimizdə uşağınız nəzarətçilərin müşahidəsi altında olduqca maraqlı və əyləncəli vaxt keçirəcək;
  • Uşaqlarin sevdiyi nağıl, film qəhrəmanlarinin, o cümlədən kloun və sehrbazlarin məclisinizə dəvət olunması-Sehirli aləmi xatırladan zalda keçirilən tədbirlərin nağıl qəhrəmanlarsız təsəvvür etmək olmaz. Onların iştirakı ilə uşaqların bu sevimli və yaddaqalan günü daha şən keçir;
  • Uşaq gözəllİk salonu-Övladınızın saç kəsimini və maraqlı saç düzümlərinin hazırlanmasını "MƏLƏK" ailə-uşaq əyləncə mərkəzinin təcrübəli saç ustasına həvalə etsəniz, həm özünüzün, həm də övladlarınızın razı qalacağına əmin ola bilərsiniz;
  • Kafe – fast food (İstənİlən ünvana çatdirilma xİdmətİ)-Mətbəzimizdə hazırlanan milli və Avropa, eləcə də ev üsulu ilə hazırlanmış fast food yeməklərini rahat kafemizdə dadmaqla bərabər, pulsuz çatdırılma xidmətindən yararlanaraq olduğunuz ünvana da sifariş edə bilərsiniz;
  • Vİtamİn bar-Mini barımızda uşaqların sevdiyi bütün içkilər, yararlı vitaminlərlə zəngin təbii şirələr, eləcə də dadlı kokteyllər ürəyinizcə olacaq;
  • Uşaqlar üçün tamaşalar-Mərkəzimizdə vaxtaşırı olaraq balacalar üçün həm milli, həm də xarici nağıllar əsasında hazırlanmış maraqlı səhnəciklərdən ibarət tamaşalar səhnələşdirilir;
  • Uşaq bayramlarının təşkili-Yeni il, Novruz bayramı, Əlifba bayramı, Məzun günü, Uşaqların Beynəlxalq Müdafiəsi günü və s. bu kimi əlamətdar günlər mərkəzimizdə xüsusi hazırlanmış proqramlar əsasında böyük təmtəraqla keçirilir;
  • Wi Fi İnternet xİdmətİ (noutbukun verİlməsİ)-"MƏLƏK" ailə-uşaq əyləncə mərkəzində uşaqlarınız əylənərkən siz də bizim verdiyimiz noutbukdan istifadə edib wi fi internet xidmətindən yararlanmaqla vaxtınızı səmərəli keçirə bilərsiniz;
  • Tədbirlərinizin zövqünüzə uyğun bəzədilməsi-Tədbirlərinizin istənilən üslubda bəzədilməsi üçün professional təkliflərlə tanış ola və bu işi rahatlıqla bizə həvalə edə bilərsiniz;
  • Uşaqların ad günü və banketlərİnİn evlərdə və dİgər məkanlarda təşkili-"MƏLƏK" ailə-uşaq əyləncə mərkəzi ad günü və digər uşaq tədbirlərini öz evində və ya başqa məkanlarda keçirməyi planlaşdıran valideynlər üçün də hər şey düşünmüşdür. Belə ki, tədbirinizin yeməklərdən tutmuş, bəzədilmə, əyləncə və digər bütün təşkilati məsələləri təcrübəli personalımız tərəfindən yüksək səviyyədə yerinə yetiriləcək;
  • Professional foto və video çəkilişi-Banketlərin professional foto və video çəkilişindən başqa, maraqlı fotosessiyalar, uşaqların tədbirdəki maraqlı anlarını əbədiləşdirən video çarxlar və s. hazırlanır;
  • İpad oyunları-Maraqlı, çox çeşidli İpad oyunları həm uşaqların, həm də gənclərin sevimli məşğuliyyətidir;
  • İşgüzar valİdeynlərə "busİness lunch" -Bütün işləyən valideynləri həftənin 1-ci günündən 5-ci gününə kimi nahar fasiləsi zamanı saat 13:00-dan 15:00-a kimi sərfəli və keyfiyyətli "business lunch"a dəvət edirik;
  • Uşaqlar üçün xüsusİ dizayn edilmiş yeməklərİn hazirlanması-Mətbəximizdə aşbazımız tərəfindən uşaqlar üçün onların sevəcəyi dizaynda müxtəlif fast food və isti yeməkləri təqdim ediləcək; "MƏLƏK" ailə-uşaq əyləncə mərkəzindən VİP restoranda banket keçirənlərə övladınızın seçdiyi hər hansı bir nağıl qəhrəmanının iştirakı pulsuzdur!