MedServis özəl tibb mərkəzinin təməli 2000-ci ildə qoyulub, Bakı şəhərindəki ilk tibb mərkəzlərindən biri, Azərabycanda yaradılmış ilk və MDB ölkələri sırasında yaradılmış birinci özəl hemodializ mərkəzlərindən biridir.Bizim mərkəzin əsas fəaliyyət dairəsinə – hemodializ, laboratoriya və poliklinika sahələrində xidmətlərin göstərilməsi daxildir.Bizim mərkəzdə ali dərəcəli mütəxəssislər, o cümlədən tanınmış həkimlər, tibb elmləri namizədləri və professorlar çalışırlar.
MedServis ÖTM-nin laboratoriyası 10 ildən çoxdur ki, fəaliyyət göstərir. Bu gün biz, müştərilərimizə Laborator diaqnostikanın müxtəlif sahələrini əhatə edən 300-dən çox növdə tibbi analizlər təklif edirik. Bəzi analizlər Azərbaycan hüdudları daxilində yalnız bizim laboratoriyada aparılır.Bütün müayinələr daxili keyfiyyət kontrolu ilə təmin olunmuş avtomat analizatorlarda aparılır və bu da öz növbəsində yüksək mahsuldarlıq və yüksək keyfiyyətli nəticələrə zəmanət verir. Son nəsil avadanlıqlar qısa müddət ərzində geniş spektrdə analizlər etməyə imkan verir. İş keyfiyyətinin artırılması məqsədilə xüsusi kompüter proqramlarından istifadə olunur. Bu proqram xəstələr haqqında məlumatların sürətli və məxfi işlənməsinə, digər şöbələrə ötürülmısinə, arxivləşdirilməsinə və statistik hesablamaların aparılmasına təminat verir.
MedServis ÖTM-nin poliklinika şöbəsində ambulator olaraq aşağıda sadalanan mütəxəssislərin qəbulu həyata keçirilir:
İnstrumental diaqnsotik müayinələr aparılır: