Medistyle Hospital 2012-ci ildə yaradilmişdir. Hospitalın ümumi sahəsi 4500 kvadratmetr olan 6 mərtəbəni əhatə edən binada yerləşir. Hospital ambulator xidmətləri əhatə edən poliklinika, eyni zamanda 4 əməliyyat otağindan ibarət əməliyyat bloku olan 20 yataqli cərrahi stasionar, həmçinin 5 yataqli intensiv terapiya bölməsi və 9 yataqli terapevtik stasionar şöbədən ibarətdir. Cərrahi şöbədə laporoskopik və ənənəvi cərrahiyyə, plastik cərrahiyyə, qulaq-burun-boğaz cərrahiyyəsi, ginekologiya, urologiya, ortopediya şöbələri fəaliyyət göstərir. Medistyle hospitalda həm təcili, həm də planli aparilan cərrahi əməliyyatlar mövcuddur.Həmçinin digər xəstəxanalarin reanimasiya şöbəsində yatan və ya ağir xəstələrinə klinikamiz tərəfindən ambulans təşkil olunub. Xəstələr klinikamiza gətirilir, müvafiq xidmət göstərildikdən sonra yenidən xəstəxanaya çatdirilir.
Azərbaycan, Rusiya, Türkiyə və Avropada təhsil almış həkimlər geniş maddi-texniki bazaya malik bölümlərdə müvafiq tibbi yardim göstərirlər.Eyni zamanda Medistyle Hospital Türkiyə, Rusiya, Almaniya, İtaliya kimi ölkələrin klinikalari ilə əməkdaşliq edir. Xüsusilə Dünya Göz Xəstəxanasi ilə six əməkdaşliq əlaqələrimiz var.Xəstələrin öz istəyi ilə Medistyle Hospitalda səhiyyə turizmi də təşkil olunub.Laboratoriyamiz sanitar normalara cavab verən, avropa standartlarina uyğun, müasir analizatorlarla təchiz olunmuşdur. Həmçinin klinikada endoskopik müayinələr də aparilmaqdadir.
Klinikanin radioloji bölümündə isə rentgen, kompyuter tomoqrafiyasi, maqnit-rezonans tomoqrafiya, ultrasəs aparatlari quraşdırılmışdır. Kardioloji bölümdə noninvaziv müayinələr üçün ən son model-exokardioqraf, elektrokardioqraf, holter monitor, tredmil stress test cihazlari yerləşdirilib.Klinikada həmçinin elmi-praktik məşğələlərin və təlimlərin keçirilməsi üçün 80 nəfərlik konfrans zali, birbaşa əməliyyatxanadan görüntü ilə təmin olunmuş 2 ədəd 12 nəfərlik təlim mərkəzi fəaliyyət göstərir.