2 saylı Bakı Tibb Kolleci xəritədə

2 saylı Bakı Tibb Kolleci

Bakı, Yasamal rayonu, Şərifzadə küçəsi, 204 AZ1012 *** 6 səs

2 saylı Bakı Tibb Kolleci haqqında

2 nömrəli Bakı Baza Tibb Kolleci Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsidir.Əvvəlki adı 2 nömrəli Bakı Baza Tibb Məktəbi olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən hazırkı ad ilə adlandırılmışdır.Bakı 2 Saylı Baza Tibb Kolleci hüquqi formasına görə dövlət, hüquqi şəxs statusuna malik, orta ixtisas təhsilli mütəxəssis hazırlayan və orta tibb və əczaçı ixtisas təhsilli işçilərin ixtisasartırılma və təkmilləşdirmə proseslərini həyata keçirən tədris müəssisəsidir.
Fəaliyyət göstərdiyi müddətdə səhiyyə müəssisələri üçün 26380 orta ixtisaslı tibb işçisi yetişdirmişdir. Kollecin məzunları təkcə Azərbaycanda deyil, həmçinin yaxın və uzaq xarici ölkələrdə də öz vəzifə borclarını yerinə yetirərək əhaliyə xidmət göstərir.

İxtisaslar

  • Müalicə işi;
  • Mamalıq işi;
  • Tibbi profilaktika;
  • Ortopedik stomatologiya;
  • Əczaçılıq;
  • Tibb bacısı işi;
  • Laboratoriya diaqnostikası.