Bakı 1 saylı Tibb məktəbinin yaranması və təşəkkülü çoxmərhələli olmuşdur. 1902-ci ildə Bakı şəhərindəki 1 saylı şəhər doğum evi nəzdində “Mamalıq” məktəbi təşkil edilmişdir (hazırki Əzizbəyov adına doğum evi).1 saylı şəhər doğum evi indiki Fizuli küçəsində (keçmiş Basin) yerləşirdi. Doğum evi fəaliyyətə başlayarkən 12 çarpayıdan ibarət idi, hansındaki tədris müəssisəsi təşkil edildi. Mamaçaların ilk buraxılışı 5 nəfərdən ibarət idi, hansılarınki buraxılış imtahanları Yuryev şəhərində keçirildi. Sonrakı buraxılışlar artıq Bakı şəhərində olurdu. Bu 1904-cü ildən etibarən protokol kitabında protokollaşdırılmışdır və indiyədək saxlanılır. Burada təhsil 2 illik idi. Təhsil almaqdan ötrü isə 40 rubl ödənilirdi.
1924-cü ildə Mamalıq məktəbi doğum evi ilə birlikdə Əzizbəyov adına xəstəxananın tərkibinə daxil oldu. 1926-cı ildə məktəb Əli Bayramov adına kluba köçürüldü. Qrupların sayının çoxalması ilə əlaqədar 1923-cü ildə Azərbaycan qrupu yaradıldı. Klub indiki Murtuza Muxtarov (keçmiş Poluxin) küçəsində yerləşirdi və məktəb orada 1924-cü ilədək fəaliyyət göstərdi. Daha sonra isə Lermontov küşəsi 103-də yerləşən Tibb politexnikumunun tərkibinə daxil oldu. 1936-cı ildə tibb politexnikumu yenidən təşkil edildi və “Əczaçılıq” məktəbi, “Feldşer” məktəbi ondan ayrıldı, “Mamalıq” məktəbi isə 1948-ci ilədək köhnə binada qaldı.
1949-cu ildən məktəb Q.Məcidov küçəsi 13 saylı binada (əvvəllər 7-ci Paralel küçəsi) yerləşdirilmiş və bu günədək fəaliyyətini Bakı 1 saylı tibb məktəbi kimi davam etdirir. 1962 ildən 1969 ilə qədər akademik Zərifə Əziz qızı Əliyeva məktəbdə dərs vermişdir.Hazırda Bakı 1 saylı tibb məktəbinin ümumi sahəsi 3499 kv m-dir, bunun 2276 kv.m-i tədris binasına aiddir. Məktəb 3 mərtəbəli binada yerləşir. Hər bir tələbəyə düşən tədris sahəsi 1,7 kv.m-dir.Məktəbdə hazırda 4 şöbə fəaliyyət göstərir :
Məktəbin müəllimlərindən 4 nəfər elmlər namizədi, 3 nəfər isə metodist müəllimdir. Tədrisin keyfiyyətini daha da yüksəltmək üçün dərs deməyə ali məktəb müəllimləri, təcrübəli həkimlər də cəlb olunur.Bakı 1 saylı tyibb məktəbinə Azərbaycanın bütün bölgələrindən tələbə qəbulu aparılır. Məktəbdə aşağıda adları göstərilən fənn kabinetləri, laboratoriyalar fəaliyyət göstərir.
Tələbələrin fənnləri daha dərindən öyrənilməsi üçün fənn kabinetlərinin nəzdində müxtəlif dərnəklər fəaliyyət göstərir. Dərnək üzvləri əyani vəsaitlərin, müxtəlif guşələrin tərtibində iştirak edir, məruzə, referatlar yazırlar. Bunlardan əlavə məktəbdə 15 dərs otağı, idman zalı, mədəni-kütləvi tədbirlər keçirmək üçün akt zalı, böyük kitab fondu olan kitabxana, metodkabinet və s. yardımçı otaqlar da fəaliyyət göstərir.
Məktəbin maddi-texniki bazasını möhkəmləndirmək üçün fənn kabinetləri, müxtəlif tibbi avadanlıq və alətlərlə, əyani vəsait və tablolarla təchiz edilmişdir. İctimai iaşəni yaxşılaşdırmaq məqsədilə məktəbdə yeməkxana işləyir.Dövrün tələblərinə uyğun olaraq məktəbdə kompüterlərlə tam təmin olunmuş kompüter otağı təşkil olunmuş və beynəlxalq şəbəkəyə internete qoşulmuşdur.
Tədrisin keyfiyyətini yaxşılaşdırmaq və təkmilləşdirmək, ümumdünya standartlarına yaxınlaşdırmaq üçün dərs zamanı kompüterlərdən geniş istifadə olunur. Məktəbdə hərtərəfli təchizatlı “Heydər Əliyev” otağında “Heydər Əliyev məktəbi” dərslərinin keçirilməsi tələbələrin milli vətənpərvərlik, dövlətçilik ruhunda tərbiyyə olunmasında xüsusi əhəmiyyət kəsb edir. Tələbələrin təcrübi bilik, bacarıq və vərdişlərini yüksəltmək üçün təcrübi dərslər Səhiyyə Nazirliyinin klinika, poliklinika, doğum evləri, dispanserlər və elmi-tədqiqat institutlarında keçirilir.