Medholding Estetic Klinika xəritədə

Medholding Estetic Klinika

Bakı, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi, 458 AZ1000 *** 4 səs

Medholding Estetic Klinika haqqında

Medholding Estetik Klinikası tibbi, aparat kosmetologiyası və estetik tibb üzrə Bakıda ən yaxşı klinikalardan biri kimi tanınır. Burada kosmetologiya sahəsində aparılan ən son elmi araşdırmalar və ən çətin kosmetoloji problemlərin müalicəsi üzrə əldə edilən praktiki təcrübə bir ahənglilik təşkil edir. Xəstələr Medholding Estetik Klinikasına yaşın və qocalmanın xarici təzahürlərinin heç bir ciddi cərrahi müdaxilə olmadan, yeni elm və kosmetoloji nailiyyətlər sayəsində aradan qaldırılması üçün müraciət edirlər. Klinika ən son amerika və avropa avadanlıqları ilə təchiz edilib (Cynoresure Elit Plus, QUIN 5, Maya Peel – MDA, Oxylife Nova VX) və estetik tibb üçün əsaslı surətdə işlənmiş və daima yenilənən innovasiyalara malikdir. Klinikada ən son texnologiya, ən çox tələbat olan “anti-age” metodları və ən təcrübəli mütəxəssislər toplanmışdır.

Medholding Estetik Klinikasının xidmətləri

Biz əsasən minimal invaziv (cərrahi müdaxilə olmadan) metodlar sahəsində ixtisaslaşmışıq. Əsas məqsədimiz – lazer epilyasiyası, kompleks cavanlaşma, arıqlamaq üçün kompleks proqramlar və digər kosmetoloji xidmətlər göstərməkdir.Bizim dermato-kosmetoloqlarımız xüsusilə İsveçrə, Almaniya, Amerika, İsrail, İtaliya və Fransanın sınaqdan keçmiş və nəticələr əldə etmiş ən yaxşı kosmetika məhsullarından istifadə edirlər. Endirim sistemi və xüsusi təkliflər sayəsində klinikamızdakı xidmətlərin qiyməti Bakıdakı digər qiymətlərdən daha cəlbedicidir. Klinikamızın fərqləndirici xüsusiyyəti – rahat və steril mühitlə yüksək peşəkarlığın ahənglik təşkil etməsidir.

Kosmetologiya

  • Cavanlaşdırma üzrə kompleks proqramlar; lazerlə cavanlaşdırma; liftinq proqramları; kontur plastikası; Botoks; biorevitalizasiya, oksigenli mezoterapiya (Oxylife Nova VX); iynəli mezoterapiya; mezoroller; Oxy-needling; mikrodermabraziya; mikrocilalama; elektroporasiya – Quin 5; ionofarez; pilinqlər; yüksək professional qulluq – kosmetik məhsullar (Mila D’Opiz, Yvoire, Mesoactive, Neofillia, IAL SYSTEM ACP, Filorga, Inogrid Millet, ISIS Pharma, ACM – Sensitelial, Narciderm, Christina, Gigi, Biodroga, Janssen, Shinobu, Biocura, Amelian, Allergan, Surgiderm, Juviderm, Botox, Mcqhan, Cui, Restykane, Revanesse). Kompleks proqramlar zamanı orijinal metodlardan istifadə olunur.
  • Açıq və tünd dərisi olan xanımlar üçün maxi-epilyasiya (Aleksandrit + ND - Yaq) proqramları. Arzuolunmaz tüklərlə bağlı problemin həlli.
  • Aknelərin (sızanaqların) müalicəsi
  • Dəridəki qüsurların (capıqlar, postakne, kupirozun (damarların)aradan qaldırılması, piqmentasiya və s.)
  • Dəridəki çatların (striyaların) aradan qaldırılması
  • kiçik invaziyalı radiotezlikli liftinq (RF) – cərrahi müdaxilə olmadan dərinin ən yeni üsulla dartılması

Bədənin korreksiyası və sellülitdən azad olma

  • Bədənin korreksiyası və sellülitlə mübarizə üçün fərdi proqramlar(ultrasəsli massaj, vakuumlu massaj və radioliftinq). Nəticələr – bir seansa həcmin 3 cm azaldılması.
  • Radiotezlikli liposaksiya və liftinq (QUİN 5) – ilk dəfə olaraq liposaksiya və liftinq kimi bir-birilə əlaqəli və bir-birini tamamlayan prosedurları eyni zamanda həyata keçirmək mümkün oldu. Bu metod piy hüceyrələrinin parçalanması və aspirasiyası (təmizlənməsi) və eyni zamanda dərinin effektiv şəkildə dartılması üçün hazırlanmışdır.
  • Diyetologiya
  • Çəkiyə nəzarət etmək üçün fərdi proqramlar.
  • Fərdi qida rasionunun tərtib edilməsi (funksional qidalandırıcı məhsullar, vitamin-mineral kompleksi və fitofarmakonutriyentlərdən istifadə edərək qidalanmanın optimallaşdırılması).

Trixologiya (saçların müalicəsi)

  • Saçların mezoterapiyası.
  • Nəticə - saç tökülməsinin qarşısının alınması, onların böyüməsi fazasının uzadılması.
  • Piy vəzilərinin fəaliyyətinin normallaşdırılması.
  • Mikrosirkulyar dövriyyənin (qan və limfotik sistem) normallaşdırılması və lazımi qidalandırıcı maddələr, vitamin və elementlərlə təmin edərək baş dərisinin quruluşu və funksiyasının bərpa olunması.

Bərpaedici təbabət

Massajlar – xəstələrin şəxsi tələbatı və üstülüklərinə əsasən istifadə edilən ənənəvi və şərq massajının müxtəlif üsulları.
Hirudoterapiya (zəli müalicəsi)

MED Holding Diş Klinikası

MED Holding Diş Klinikası 1998-ci ildən fəaliyyət göstərir. Klinikada müntəzəm olaraq yenilənən texnalogiya sahəsində dünya dental sektorunun bütün müasir metodları və xidmətləri mövcuddur. Stomatologiyanın ən müasir metodları ilə xidmətinizdəyik!

  • Mütəxəssis məsləhəti
  • Profilaktika və ağız boşluğu xəstəliklərinin gigiyenası
  • Dişlərin müalicəsi
  • Dişlərin ağardılmsı
  • Cərrahiyyə
  • Ortodontiya (breketlər)
  • Diş ətinin müalicəsi (paradontologiya)
  • İmplantasiya
  • Protezlənmə (ortopediya)
  • Uşaq stomatologiyası