Medeks Hospital xəritədə

Medeks Hospital

Bakı, Xətai rayonu, Sabit Orucov küçəsi, 17C AZ1025 *** 7 səs

Medeks Hospital haqqında

Respublikamızda tibbi təhcizat və yüksək ixtasaslı kadr potensialı ilə fərqlənən Medeks Hospital artıq fəaliyyətə başlamışdır. Medeks Hospitalda Azərbaycanın tanınmış həkimləri, uzmanlıq keçmiş məşhur həkimlər tibbin bütün yeniliklərini özündə cəmləyən, yüksək komforta sahib olan bir xidmət təqdim edir. Klinikanın genış profilli poliklinika şöbəsi, Ortopediya-Travmatologiya, Dermatologiya Kardiologiya, Endokrinologiya, LOR, Urologiya, Gastroenterologiya, Nevrologiya Terapiya, Fizioterapiya və Reabilitasiya,Neyrocərrahiyyə, Ümumi cərrahiyyə, Uşaq cərrahiyyəsi,Plastik, Estetik və Rekonstruktiv Cərrahiyyə, Bariatrik cərrahiyyə şöbələri fəaliyyət göstərir. 

Medeks Hospital xəstəxanası 

Həmçinin xəstəxanamızda Ürək mərkəzi, Endoprotez və İmplant mərkəzi fəaliyyət göstərməkdədir. Diaqnostika bölümündə komputer tomoqrafiya, Angioqrafiya, Nüvə Maqnit Rezonans tomoqrafiyası, Rentgen, USM, EKQ(elekrokardioqramma), EKQ Holter, EXOKQ(exokardioqramma), Tredmil test, Endoskopiya və s. diaqnostik xidmətlər peşəkar mütəxəssislər tərəfindən aparılır. Çoxfunksional laboratoriyamızda ümumi, biokimyəvi, patohistoloji, mikrobioloji və digər laborator müayinələr həyata keçirilir. Xəstəxanada bütün növ cərrahi əməliyyatlar açıq, endoskopik və laporoskopik üsulla icra edilir. Təcili yardım komandamız 7/24 Sizin xidmətinizdədir. Qüsursuz xidmət anlayışı Medeks Hospitalın əsas meyarlarından biridir.

Tibbin geniş spektrlı istiqamətləri pasiyentlərin kompleks müalicəsinin özəyidir. Müxtəlif istiqamətlərdən olan peşəkarlarının işi və sıx əlaqəsi pasiyentlərin təhlükəsizliyini və uğurlu müalicəsini təmin edir. Yüksək ixtisaslı mütəxəssislər, böyük təcrübə, müasir tibb avadanlıqları, və hər pasiyentin bir şəxs olaraq qəbul edilməsi, tibbin əsas prinsiplərindəndir. Burada sizi Medeks Hospitalın tibbi şöbələri ilə tanış etmək istərdik. Bununla yanaşı, qeyd etmək istərdik ki, bütün şöbələr bir-biri ilə sıx əməkdaşlıq edir ki, bu da pasiyentlərə ən yaxşı qayğı zəmanəti verir. 

Mediks Hospitalının tibbi şöbələri 

  • Ortopediya travmatologiya və mikrocərrahiyyə mərkəzi
  • Ürək Mərkəzi
  • Estetik plastik və rekonstruktiv cərrahiyyə mərkəzi
  • Ümumi cərrahiyyə mərkəzi
  • Fizioterapiya və Reabilitasiya
  • Bariatrik cərrahiyyə mərkəzi
  • Dermatologiya və kosmetologiya
  • Nevrologiya mərkəzi
  • Reanimasiya və Anesteziologiya
  • Qulaq burun boğaz şöbəsi
  • Urologiya və Adrologiya
  • Endokrinologiya
  • Terapiya
  • Pediatriya
  • Uşaq Cərrahiyyəsi
  • Radiologiya
  • Laboratoriya
  • Dietologiya