McDonalds xəritədə

McDonalds

Bakı, Səbail rayonu, Nizami küçəsi, 340 AZ1005 *** 1 səs

McDonalds haqqında

Azərbaycanda ilk McDonald’s restoranı 1999-cu il noyabrın 6-da ölkəmizin paytaxtı Bakı şəhərinin mərkəzində yerləşən Fəvvarələr Meydanında açıldı.Elə ilk gündən restoran hər kəsin sevimli görüş yerinə çevrildi və bu ənənə indiyədək davam etməkdədir. Hazırda Azərbaycanda 8 McDonald’s restoranı fəaliyyət göstərir.2009-cu ildə McDonald’s Azərbaycan özünün 10 illik yubileyini təntənəli surətdə qeyd etdi.Hal-hazırda McDonald’s restoranlarında 700-dən çox əməkdaş çalışır. Şirkətdə rəhbər vəzifələrdə çalışan şəxslər, eləcə də menecerlərin əksər hissəsi öz karyeralarına məhz McDonald’s-da sıravi işçi kimi başlamışlar.Belə uğurlu başlanğıcdan sonra ölkəmizdə McDonald’s Azərbaycan şirkətinin inkişaf edəcəyinə heç bir şübhə qalmadı. Biz çalışırıq ki, restoranlarımız müştərilərimizin ən sevimli məkanlarından biri olaraq qalsın.Bu məqsədə nail olmaq üçün ayrı-ayrılıqda hər birimizin və bütövlükdə sistemin fəaliyyəti şirkətimizin Dəyərlərini əks etdirməlidir.

McDonald’sin tarixi

Qırxıncı illərin sonunda Dik və Mak Makdonald qardaşları San-Bernardinoda (Kaliforniya) sürücülər üçün açdıqları kiçik restoranı təkmilləşdirmək üçün yeni üsullar axtarırdılar.Yaxşı gəlir gətirən bizneslərində kiçik dəyişikliklər etmək əvəzinə, onlar sürətli xidmət, ucuz qiymət və böyük həcmə əsaslanan tamamilə yeni bir konsepsiya icad etdilər.1954-cü ildə südlü kokteyl hazırlayan maşınlar üzrə ticarət agenti Rey Krok Makdonald qardaşlarının restoranını ilk dəfə öz gözləri ilə gördü. O zaman Rey Krokun 52 yaşı vardı. Bu yaşda çoxları təqaüd haqqında düşünür. Krok isə bu gün McDonald’s kimi tanıdığımız həmin şirkətin əsasını qoydu. 15 yaşında məktəbi atıb Birinci Dünya Müharibəsi zamanı Qırmızı Xaç Cəmiyyətinin “Təcili Yardım” maşınında sürücü işləyən Krok, həm də xəyalpərəst idi...

Ticarət agenti kimi, o hər zaman satış üçün hazır məhsul axtarışında idi. Rey Krok bu işə Çikaqoda küçə satıcılarına kağız stəkanlar satmaqla başladı. Floridada daşınmaz əmlak sahəsində özünü sınadı və nəhayət, kokteyl hazırlamaq üçün Multi-Mixer maşınlarının müstəsna distribütoru kimi gəlirli biznes qura bildi.İlk dəfə onu San-Bernardinodakı qamburger satışı üzrə Makdonald qardaşlarının restoranına məhz Multi-Mixer-lər gətirib çıxartdı. Krok qardaşların hər ay 20 000 pay kokteyli necə sata bildiklərinin sirrini aça bilsəydi, gör onlara daha neçə maşın sata bilərdi? Lakin, 1954-cü ildə, səhər saatlarında Makdonald qardaşlarının restoranında paketdə qamburger və kartoflar alan alıcı növbəsinin sürətlə irəliləməsini görən Krokun ağlına ancaq bir fikir gəldi: “Belə sistem hər yerdə işləyəcək. Hər yerdə!”.

Makdonald qardaşları bütün ölkədə özlərinin yaratdıqları konsepsiya ilə biznesin genişlənməsinə şəxsən nəzarət etmək istəmirdilər, buna görə də Rey Krok onların frençayzinq üzrə müstəsna agenti oldu.Nəhayət, dahi ticarət agenti öz son satış məhsulunu tapdı. 1955-ci il martın 2-də Krok yeni, McDonald’s Systems, Ink adlı frençayzinq şirkətini yaratdı.Krok Makdonald qardaşlarının iş prinsipini qoruyub saxladı: məhdud menyu, keyfiyyətli qida, konveyer tipli istehsal sistemi, cəld və mehriban xidmət kimi göstəricilərə özünün şəxsi təmizlik, yüksək gigiyena standartlarını da əlavə etdi.Yüksək keyfiyyət, xidmət mədəniyyəti, təmizlik və əlverişlilik bu günədək McDonald’s-ın əsas iş prinsipləri olaraq qalır. Hazırda McDonald’s-ın dünyanın 118 ölkəsində fəaliyyət göstərən 32 000-dən çox restoranı var və bu restoranlarda 1,5 milyondan çox əməkdaş çalışır.