Mazda Avtomobil Mərkəzi haqqında
MAZDA Avtomobil Mərkəzi özündə : avtomobil satışı,texniki servis xidmətlər mərkəzini və ehtiyyat hissələrinin anbarını birləşdirir.2,5 hektar sahəsindən çox olan MAZDA Avtomobil mərkəzində hər bir müştəri rahatlıq əldə edib məmnun qalacaq.Professional satış məsləhətçiləri sizə MAZDA nın modelləri haqqında ətraflı məlumat verərək düzgün seçim etməkdə kömək olacaqlar.Modelləri nağd, köçürmə və yahud sərfəli kredit şərtləri ilə əldə etmək mümkündür.
MAZDA Avtomobil mərkəzində müştərilərin rahatlığı üçün “Bank Respublika”nın filialı fəaliyyət göstərir.Kreditə üstünlük verən müştərilər yerindəcə sərfəli kredit şərtləri ilə avtomobil sahibi ola biləcəklər.Avtomobilini sığortalamaq istəyən müştərilərə isə mərkəzdə fəaliyyət göstərən “Bakı Sığorta”nın nümayəndələri hər cür köməklik göstərəcəklər.
MAZDA Avtomobil mərkəzində müştərilər DVD-bar və pulsuz internet xidmətlərindən yararlana bilərlər.Müştərilər gözləmə sahəsində eyni zamanda şüşə çərçivəsindən avtomobilləri üzərində aparılan təmir işlərinə birbaşa müşahidə edə bilərlər.Uşaqların rahatlığı üçün uşaq güşəsi və kartinq ayırılıb.
Servis mərkəzində eyni zamanda 30 qədər avtomobil xidmətdən keçə bilər.Burada MAZDA avtomobillərin hər növ təmiri həyata keçirilir.Yüksək ixtisaslı texniki personal avtomobildə yaranan hər bir problemi həll etmək professionalcasına aradan qaldıra bilərlər.
MAZDA servis mərkəzi original ehtiyyat hissələrindən ibarət olan böyük anbar sahəsinə malikdir.Burada MAZDA avtomobili üçün istənilən orijinal ehtiyyat hissəsini əldə etmək mümkündür.