Mayak Restoranı Dalğa Beach xəritədə

Mayak Restoranı Dalğa Beach

Bakı, Mərdəkan qəsəbəsi, Xəzər rayonu, Sahil, 55C AZ1000 *** 3 səs

Mayak Restoranı Dalğa Beach haqqında

Ən mahir aşbazların təqdimatı ilə hər növ balıq və dəniz məhsullarından hazırlanan eksklüziv yeməkləri dadmaq, habelə VİP qulluq hiss etmək istəyirsinizsə, mütləq yolunuzu bu məkandan salın. Balığın əsl ləzzətini dadmaq istəyənlər üçün “Mayak” restoranından yaxşı yer ola bilməz. Restoranda təklif olunan yemək, çörək, bir sözlə, bütün məhsullar bu mərkəzdə hazırlanır. Oturduğunuz yerdən gözəl mənzərə seyr edə biləcəksiniz ki, bu da sizə gündəlik qayğı və problemlərinizi unutduracaq. Təcrübəli ofisiantlar sizə mənzərəli masa seçimindən tutmuş menyu seçiminə qədər yardımçı olacaqlar.

Mayak Restoranın xidmətləri

Özünüzü və sevdiklərinizi təəccübləndirə biləcəyiniz məkanın qapıları hər zaman üzünüzə açıqdır. Restoran eyni zamanda 238 müştəriyə xidmət göstərə bilir. Restoranın içərisində 58, ətrafında isə 180 nəfər müştəri yerləşir. Restoran dənizin ortasında, gözəl mənzərəli məkanda yerləşir, restoranın içərisinin xüsusi dekorasiyaları insanı valeh edir.“Mayak” restoranı 3 mərtəbəlidir, III mərtəbədən Xəzər dənizinin bütün ecazkar mənzərəsini seyr etmək mümkündür.