"Mavi" markasının məhsulları şirkətin 2 fabrikində istehsal olunur. Onlardan biri Türkiyənin ən iri cins istehsal edən fabrikərindəndir. Fabrik ən son Yapon, Alman və Amerikan texnoloji avadanlıqları ilə təchiz olunub. Bir cüt cinsin hazırlanmasına təxnimən 23 dəqiqə sərf olunur. Bu müddət ərzində kəsilmə, tikiliş, yuyulma, keyfiyyətə nəzarət və ütülənmə prosesləri baş verir. Cinslər fransızcadan tərcümədə "nima`dan" mənasını verən "denim" parçasından hazırlanır. Parçanın özəlliyi hörgüsünün qeyri-adiliyindədir. Belə ki, parçanın xarici hissəsi boyalı olur, daxili hissəsi isə yox. Bu xüsusiyyəti sayəsində, rənglərlə uğurlu manipulyasiya imkanı yaranır ki, nəticədə üslub həvəskarları üçün zərif köhnəlmiş görüşün əmələ gəlir.
Daim yeni ideyalar axtarışında olan "Mavi" şirkəti keyfiyyətli geyim istehsalı ilə də məşğuldur. Unikal kolleksiyaların yaradılması üçün şirkətdə daim daha yeni nəaliyyətlərə can atan, müasir dəb tendensiyaları ilə ayaqlaşan modellər üzərində işləyən müxtəlif millətlərdən ibarət dizaynerlər komandası çalışır. Bu ideyaları həyata keçirmək üçün dizaynerlər müxtəlif dövrlərdəki ənənə və mədəniyyətlərə müraciət edir, kolleksiyalarında müasir bazarın tələblərinə zidd olmayan ən parlaq cəhətləri vurğulamağa çalışırlar. "Mavi" müxtəlif istiqamətlərdə kişi və qadınlar üçün müasir geyim, ayaqqabı, aksessuar kolleksiyalarını təqdim edir. Dizaynerlərimiz bəzi istiqamətlərə daim müraciət edir, onları hər mövsüm kolleksiyalarına daxil edir. Brend kolleksiyalar Yaz- Yay, Payız-Qış kolleksiyaları olmaqla, ildə 2 dəfə yenilənir.
"Maviterranean"-nın (Aralıq dənizi) "Mavi" şirkətinin müştəriləri üçün çatdırmaq istədiyi Aralıq dənizinin mədəniyyəti və ruhunu özündə daşıyır. Aralıq dənizinin müasir dəb tendensiyaları ilə birgə ekzotik və təsadüfi üslubu "Mavi" üçün yeni fəaliyyət yerlərini təqdim edir. Məhz buna görə "Mediterranean" deyildikdə "Maviterranean" nəzərdə tutulur. Şirkətin əsas inkişaf stategiyası organik cins parçaların tətbiqindən tutumuş, dünya ölkələrini səyahətə qədər müxtəlif istiqamətli fəaliyyətləri birləşdirməkdir. "Mavi"-nin fabriklərində ətraf mühit üçün ziyan vurmayan texnologiyalar və keyfiyyətli parçalar istifadə olunur. Şirkətdə ən yaxşı dizaynerlər əsas 3 prinsipi gözləməkə yeni modellər yaradırlar. 1-ci prinsip ideal tikilişdir. Geyimi yaradarkən dizaynerlər maksimal dərəcədə çalışırlar ki, geyim hər cür bədən qurluşlu insanlar üçün müvafiq olsun. 2-ci prinsip isə ideal qiymətdir. Brendin məhsulları tam sizin büdcənizə görədir. Şirkət sərfəli qiymətə keyfiyyətli məhsulu ilə alıcılarını sevindirir. "Mavi"-nin 3-cü prinsipi isə ideal üslubdur. Bizim kolleksiyalarda hər bir kəsin özünün təkrarolunmaz obrazını yaratması üçün geniş çeşid təqdim olunur.