Master ITM xəritədə

Master ITM

Bakı, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 86 AZ1000 *** 2 səs

Master ITM haqqında

Master İTM 2012-ci ildən İT sahəsində peşəkar kadrlar yetişdirməyi və bu sahədə yüksək səviyyəli xidmət göstərməyi öhdəsinə götürüb.n Miqyasından və sahəsindən asılı olmayaraq korporativ şirkətlər üçün proqramlaşdırma və verilənlər bazasının dünya standartlarına uyğun tədrisi ilə məşğul olur.Beynəlxaq standartlara cavab verən saytların və proqram təminatlarını hazırlanması isə qabaqcıl prinsipimizdir .Master İTM-in missiyası proqramlaşdırma texnologiyaları üzrə Azərbaycanda ciddi maarifləndirici baza yaratmaqdır.

Master İTM-də keçirilən dərslər

  • Proqramlaşdırma
  • Web Texnologiya
  • Verilənlər Bazası
  • Əməliyyat Sistemi
  • Dizayn

Kursun fəaliyyəti

Kursumuz ölkəmizdə ən münasib qiymətlərlə tədris etdiyi dəsrlərin keyfiyyətinə və Azərbaycanda yaranmış kadr probleminin aradan qaldırılmasına daha çox önəm verir.Elə bu səbəbdəndir ki , əsasən gənclər arasında İnformasiya Texnologiyalarına , Proqramlaşdırma dillərinə və.s maraq yaratmaq üçün qiymətləri daim minimum səviyyədə saxlamağa çalışırıq.Eyni zamanda artıq yeni və daha geniş ofisimizdə tələbələr üçün yaradılmış rahat sinif otaqları , komputerlər , proyektor və dərs vəsaitləri toplusu tələbələrin ixtiyarına buraxılmışdır.Bundan başqa , tələbələrə keçirilən hər bir dərs üçün öz sahəsində peşəkar və ən azı bir neçə müddət təcrübəyə sahib müəllimləri seçirik.

Kariyer Planlama Mərkəzimiz vasitəsi ilə tələbələrin kursdan sonrakı iş həyatına yardımcı olmağa çalışırıq hər zaman.Bunun üçün biz ölkənin bir çox bizimlə partnyor şirkətləri ilə əməkdaşlıq edirik və bu günə qədər kifayət qədər tələbəmizin işlə təmin olunmasında əlimizdən gələni etmişik
Kursdan sonraki iş həyatında tələbələrimizin qarşısına çıxan problemlərdən biri də onların sadəcə nəzəri biliklərinin olmasıdır.Buna da çarə tapan Master İTM həm dərslərin nəzəri və praktiki keçirilməsini təmin edir , həm də hər ay təşkil etdiyi təcrübə proqramları vasitəsi ilə ödənişsiz olaraq bütün gənclərə öyrəndiklərini praktiki yerinə yetirmək üçün şərait yaradır.