''Mario'' şirkəti paslanmaz poladdan ,nəinki, dəsmal quruducuları ,həmçinin, memarlıq və inşaatda istifadə olunan digər konstruktiv elementləri də təqdim edir.Dəsmal qurudan nəinki dəsmal, paltarların effektiv qurudanı və hamam otaqlarında əlavə isidici rolunu oynayır, eyni zamanda gözəl, zövqlü və zərif interyer elementi ola bilər. Bütün dəsmal qurudanların hazırlanmasında biz yalnız keyfiyyətli, sertifikatlaşdırılmış, möhkəmliyi və antikorrozion xüsusiyyətləri ilə seçilən pas atmayan poladdan istifadə edirik. Məhz buna görə də, bizim məhsullarımız vaxt keçdikdə solğunlaşmış. Dəsmal qurudanın keyfiyyətinə olan yüksək tələblərdən savayı onun dizaynı və rəngi də mühüm rol oynayır.
Həmçinin siz mövcud olan modellərin qeyri-standart növlərini də sifariş edə bilərsiniz. Saytda olan istənilən bir modeli bəyəndiniz, lakin ona bəzi dəyişikliklər (onu daha uzun və ya enli etmək və s.) etmək istəyirsiniz? Heç bir problem yoxdur! Bizim ixtisaslaşmış dizaynerlərimiz sizin tələb və ya istəklərinizi nəzərə alaraq istənilən modeli sifarişlə hazırlaya bilər. Hər bir modelin dəyəri ona sərf olunan material, çətinlik və zamandan asılı olaraq individual şəkildə hesablanır.