Mərdəkan Dendrarisi xəritədə

Mərdəkan Dendrarisi

Bakı, Mərdəkan qəsəbəsi, Xəzər rayonu, Sergey Yesenin küçəsi, 89 АZ1044 *** 5 səs

Mərdəkan Dendrarisi haqqında

Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunun yerləşdiyi ərazi 1895-1920-ci illərdə böyük xeyriyyəçi və neft milyonçusu olan Murtuza Muxtarovun şəxsi bağı olmuşdur. 2014-cü ildən AMEA-nın Rəyasət Heyyətinin qərarı ilə Dendrologiya İnstitutu adına laiq görülüb. Hazırda Dendrologiya İnstitutu Dünya Botanika bağlarının üzvüdür. 100-dən çox botanika bağları ilə qarşılıqlı əməkdaşlıq edir. Azərbaycan dendroflorasının çox cilidli nəşri hazırlanmaqla yanaşı Otaq bitkiləri ensklopediyası, Gülçülük Ensklopediyası, Ekologiya dərs vəsaiti və.s. kitabları çapdan çıxmışdır. Son illər ərzində bağda yenidənqurma, abadlaşdırma tikinti işləri aparılmış, növ zənginliyi bərpa etmək məqsədilə dünyanın müxtəlif ölkələrindən 700-ə yaxın yeni bitki növləri gətirilmiş, bioekoloji xussiyyətləri öyrənilmiş və kolleksiyalara daxil edilmişdir. Buradakı bitki kolleksiyaları özünəməxsus landşaft ansanbılı olub, park dizaynın ən yaxşı numunələrindən istifadə edilərək şərq və qərb memarlığı ənənələri ilə tərtib edilmişdir.

Nəbatət bağı haqqında

Bağ öz təbii, coğrafi xüsusiyyətlərinə görə Afrika, Asiya, Avropa, Amerikanın iqlim zonalarına oxşardır. 1926-45-ci illərdə iqlimin torpaq və əkin üçün yararlı xüsusiyyətlərini nəzərə alaraq burada Ümumittifaq Təcrübi Botanika və Yeni bitkilər İnstitutunun Şərqi Zaqafqaziya filalını görkəmli rus botaniki, akademik N.Y.Vavilov təşkil etmişdir. Filalın əsas məqsədi quru subtropik iqlimə malik Abşeron yarımadasında dünyanın bir çox ölkələrindən gətirilmiş ağac və kol bitkilərinin bioloji xüsusiyyətlərini öyrənməklə yanaşı respublikada və ona yaxın digər qonşu ölkələrdə flora zənginliyinin artırılmasına istiqamətləndirilmişdir.

Akademik N.Y.Vavilov, A.D.Strebkova, N.D.Kosteçkiy, A.Sutov, Y.A.Yiqareviç, S.D.Ələkbərov kimi görkəmli alimlər tərəfindən Dendrologiyada yeni növlərin introduksiyası istiqamətində elmi təqdiqat işlərinin aparılması respublikamızda subtropik bitkiçiliyin inkişafına səbəb olmuşdur. Buraya Yer kürəsinin müxtəlif regionlarından 1500 növə yaxın növ müxtəlif bitki toxumlarının nümunələri gətirilmişdir, Abşeron şəraitində seçilib becərilməsi, rayonlaşdırılması və iqlimləşdirilməsi sahəsində geniş işlər aparılmışdır. Bu dövrlərdə bağda 700 növə, formaya və sorta yaxın subtropik ağac və kol bitkiləri introduksiya edilmişdir. Respublikamızın şəhər və kəndlərini yaşıllaşdırmaq üçün, arizon və piramidal sərv ağacları, Hələb və italiya şamı, ispan nazı, avropa zeytunu, dəfnə və bir çox başqa ağac və kol bitkiləri ilk dəfə burdan yayılmışdır.

Dendroloji bağın fəaliyyəti

Dendroloji bağda 420 növ və formaya yaxın ağac və kol bitkiləri, 100 dən çox növ və sortda efiryağlı, texniki dərman bitkiləri, 100 növ və formadan çox oranjeriya bitkiləri, 50 növə qədər respublika florasını təmsil edən cır halda bitən bitki nümunələri toplanmışdır. Dendroloji bağın koleksiyası 86 fəsilə mənsub olan 193 cins ağac və kol bitkilərindən, 17 fəsiləyə mənsub olan 52 cins istixana və ya otaq bitkilərindən ibarətdir. Buradakı birmeyvəli retamaya, neştəyarpaq sumağa, enliyarpaq şinusa, yerusəlim göyəminə və ya parkinosoniyaya, budaqlı adenokarpusa, neştəryarpaq kalistemona, qatırquyruqyarpaq kazuariniya və bir çox başqa nadir bitki nümunələrinə ölkəmizin digər Nəbatat və dendroloji bağlarında təsadüf edilmir.

Antropogen təsir nəticəsində nəsli kəsilməkdə olan nadir endemik bitkilərə bağda xüsusi sahə ayrılmışdır. Azərbaycanın Qırmızı kitabına salınmış 141 növ, ağac bitkilərindən Dendrologiya koleksiya sahələrində 69 növü vardır. Dendrologiyanı landşaft memerlığının nümunəsi kimi milli sərvət hesab etmək olar. Ümumi sahəsi 12 ha olan dendroloji bağın 8 hektarında müxtəlif bitki kolleksiyası yerləşdirilmişdir. Qalan sahəni isə xiyabanlar, istixanalar, parniklər, çərhovuzlar loboratoriya binaları və digər qurğular tutur. Ərazidə 2 muzey yaradılıb: N.İ. Vavilovun botanika və şair Sergey Yesenin muzeyi.