Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilatdır.1950-ci ildə akademiyanın nəzdində Azərbaycan Əlyazmalar Fondu yaradılmış, 1986-cı ildə fondun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir. 1996-cı ildə instituta Məhəmməd Füzulinin adı verilmişdir. Hazırda Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 8 şöbə və 1 laboratoriya fəaliyyət göstərir:
İnstitut əlyazmaların toplanması, sistemləşdirilməsi, katoloqlaşdırılması, tədqiqi, tərcüməsi, nəşri, mühafizəsi və bərpası ilə məşğuldur. İnstitutun təşəbbüsü ilə əlyazmalar kataloqunun ilk cildləri, biblioqrafik məlumat kitabları, klassiklərin əsərlərinin elmi-tənqidi mətnləri, bir sıra alim və ədiblərin yaradıcılıq nümunələri, elmi-nəzəri monoqrafiyalar, tarixi-arxeoqrafik sənədlər nəşr edilmiş, elmi-tədqiqat işlərinin problematikası genişləndirilmişdir.