Füzuli adına Əlyazmalar Institutu xəritədə

Füzuli adına Əlyazmalar Institutu

Bakı, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 8 AZ1001 *** 1 səs

Füzuli adına Əlyazmalar Institutu haqqında

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilatdır.1950-ci ildə akademiyanın nəzdində Azərbaycan Əlyazmalar Fondu yaradılmış, 1986-cı ildə fondun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir. 1996-cı ildə instituta Məhəmməd Füzulinin adı verilmişdir. Hazırda Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 8 şöbə və 1 laboratoriya fəaliyyət göstərir:

  • Türkdilli əlyazmaların tədqiqi şöbəsi,
  • Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi,
  • Farsdilli əlyazmaların tədqiqi şöbəsi,
  • Şəxsi arxivlərin tədqiqi şöbəsi,
  • Biblioqrafiya və xidmət şöbəsi,
  • Tərcümə və informasiya şöbəsi,
  • Əlyazmaların kataloqlaşdırılması şöbəsi,
  • Mətnlərin nəşrə hazırlanması şöbəsi,
  • Əlyazmaların gigiyena və bərpası laboratoriyası

Fəaliyyət istiqamətləri

İnstitut əlyazmaların toplanması, sistemləşdirilməsi, katoloqlaşdırılması, tədqiqi, tərcüməsi, nəşri, mühafizəsi və bərpası ilə məşğuldur. İnstitutun təşəbbüsü ilə əlyazmalar kataloqunun ilk cildləri, biblioqrafik məlumat kitabları, klassiklərin əsərlərinin elmi-tənqidi mətnləri, bir sıra alim və ədiblərin yaradıcılıq nümunələri, elmi-nəzəri monoqrafiyalar, tarixi-arxeoqrafik sənədlər nəşr edilmiş, elmi-tədqiqat işlərinin problematikası genişləndirilmişdir.