Mambo Beach Club & Restaurant xəritədə

Mambo Beach Club & Restaurant

Bakı, Səbail rayonu, Səlyan şossesi AZ1000 *** 4 səs

Mambo Beach Club & Restaurant haqqında

Şıx Çimərliyi Bakının cənub-qərbində Azərbaycanın kurort zonasında yerləşir. Şəhər mərkəzindən 8 dəqiqəlik məsafədə yerləşən Mambo həzz, zövq və təbiəti bölüşmək üçün yeni qonaqlar gözləyir. Ekskluziv yerləşməsi ilə Mambo , Xəzərin çimərliyində sizə günəşdən həzz almağı təklif edir. Eləcə də siz gün ərizində Beynəlxalq mətbəxin ən ləziz dadlarından və möhtəşəm üzgüçülük hovuzundan istifadə edərək möhtəşəm gün keçirəcəksiniz. Siz ailənizlə zövq almaq və ya əgər siz sakit bir yerdə dincəlməyə üstünlük verirsinizsə , biz Sizi Mamboda gözləyirik . Yay ərzində müxtəlif növ tədbirlər , musiqi festivalları və ən əsası dünyaca məşhur musiqiçilər möhtəşəm Mambo səhsəsində sizlər üçün ifa edəcəklər.

Mambo qonaqlarını hər gün saat 10.00-dan 02.00-a kimi qəbul edir. Mambo-ya giriş qiyməti iş günlərində 25 AZN, qeyri-iş günlərində 30 AZN təşkil edir.

Mambo Hovuz və Sahili

Mambo çimərlikdən əlavə böyük və kiçiklər üçün hovuz və çimərlik barı sizə təklif edir. Bütün həftə boyu siz bu xidmətlərdən istifadə edərək unudulmaz həftə keçirəcəksiniz. Çimərlikdə günəş şüaları altında istirahətinizin ən yüksək səviyyədə keçməsi üçün sərin içkilər və qəlyanaltılar ilə sizin üçün xidmət göstərəcəyik.

Mambo Bar

Bizim Mambo barda Ukraynadan dəvət olunmuş professional işçi qrupu sizlər üçün müxtəlif növdə içkilər və kokteyllər hazırlayacaqlar.

Mambo Restoranı

Mamboda Siz Asiyanın və möhtəşəm Aralıq dənizinin mətbəxini dada bilərsiniz. Bundan əlavə Dünya Sushi yarışmasının qalibi şef İlkay usta tərəfindən hazırlanan özəl Sushi növlərinin dadı Sizi yenidən Mamboya gəlməyə sövq edəcək. Axşam yeməklərinizi zövqlü və həzi canlı musiqi altında keçirdmək istəyirsinizsə hər gün saat 19:00-dan Mambonun A la Carte menyusundan istifade edə bilərsiniz.

Mangal Restoranı

Mambonun restoranlarından olan Manqal Restatanı Azərbaycanın milli və Türkiyənin qədim Gaziantep mətbəxini özündə birləşdirir. Xəzər Dənizinin sahilində dəyərli qonaqlarımıza dadlı kabab, balıq , isti və soyuq yeməklər ilə sizə xidmət etməkdən qürur duyuruq.