Mak Azerbaijan haqqında
MAK Azərbaycan Qrupuna “MAK Azərbaycan Ltd” audit şirkəti (keçmiş AGN MAK Azərbaycan Ltd), “MAK Consultancy Baku Ltd” Müştərək Müəssisəsi və “MAK SOFT Ltd” proqram təminatı şirkəti daxildir.MAK Azərbaycan Qrupu Baş Ofisi Dubay şəhərində yerləşən “Crowe Horwath MAK Auditors and Business Advisors” (keçmiş AGN MAK Chartered Certified Accountants” (UAE) şirkətinin assosiativ bölməsidir. Hal-hazırda “Crowe Horwath MAK Auditors and Business Advisors” qrupuna Birləşmiş Ərəb Əmirliklərində 12 bölmə (Deira, Dubai International Financial Centre (DIFC), Jebel Ali Free Zone, Sharjah, Fujairah, Ajman, Al Ain, Hamriyah Free Zone, Hamriyah Free Zone, Ras Al Khaimah, Abu Dhabi),Omanda Horwath Mak Ghazali LLC audit şirkəti, Azərbaycan, İran və Şri-Lankada yerləşən assosiativ bölmələr daxildir. Bu şirkətlər və bölmələr son 15 ildə AGN İnternational assosiasiyasının üzvü olmuşlar. “Crowe Horwath MAK Auditors and Business Advisors” şirkətinin və onun mütəxəssislərinin Hindistan, Oman, Tanzaniya, Zambiya və BƏƏ-də beynəlxalq maliyyə qurumları və hökumətlər tərəfindən maliyyələşdirilən layihələrin auditi sahəsində əhəmiyyətli təcrübəsi vardır.
Bu gün МАК Group Azərbaycan müştərilərinə audit, qiymətləndirmə, biznes, verqitutma və maliyyə üzrə məsləhət, proqram təminatı üzrə geniş çeşiddə xidmətlər təklif edir. Şirkətiimiz idarəetmə sistemlərinin qurulmasında və biznes proseslərin təkmilləşdirilməsində böyük təcrübəyə malikdir. Biz müştərilərimizə “Crowe Horwath MAK Auditors and Business Advisors” şəbəkəsinə arxalanaraq100 çox ölkədə yüksək keyfiyyətli xidmətlərin göstərilməsini təklif edirik .MAK Qrupu Bakıda öz fəaliyyətinə 1997-ci ildə idarəetmə üzrə konsaltinq şirkəti kimi başlamış və Azərbaycandakı yerli və xarici şirkətlərə məsləhət xidmətləri göstərmişdir. 1999-cu ildə MAK Qrupu Azərbaycanda audit şirkəti yaradaraq müştərilərə bu xidməti göstərmək üçün müvafiq lisenziya almış və öz fəaliyyətini genişləndirmişdir.
2003-cü ildə MAK şirkətlər qrupuna daxil olan “AGN MAK Azərbaycan Ltd” adlı yeni şirkət yaradılmış və AR Auditorlar Palatasından 2003 və 2008-ci illərdə 2 lisenziya almışdır.Hal-hazırda “MAK Azərbaycan Ltd” Azərbaycanda fəaliyyət göstərən beynəlxalq peşəkar audit şirkətlərindən biridir. Yarandığı dövrdən etibarən biznesin inkişafına yardım etməklə bərabər, MAK özünün audit və mühasibat xidmətləri portfelini genişləndirmiş və beləliklə, getdikcə mürəkkəbləşən işgüzar mühitin tələblərinə uyğunlaşmışdır.MAKın peşəkar əməkdaşları yerlərdə və beynəlxalq miqyasda ayrı-ayrı şəxslərdən şirkətlərə, ticarət evlərindən böyük şirkətlər qrupuna, hökumətlərdən beynəlxalq qurumlara kimi geniş müştəri dairəsinin tələblərinə uyğun xidmətlər göstərir.
Şirkət Azərbaycanda və qonşu ölkələrdə öz profilinə və daxil olduğu beynəlxalq şəbəkələrin fəaliyyət istiqamətlərinə uyğun tenderlərdə fəal iştirak edir. Qalib gəldiyimiz tenderlərin nəticəsində biz aşağıdakı ictimai əhəmiyyətli sifarişləri yerinə yetirmişik:
- 2003-cü ildə bizim mütəxəssislər Dünya Bankı tərəfindən yaradılmış “Özəl Kənd Təsərrüfatına Yardım Agentliyinin” sifarişi ilə “Neft Gəlirlərinin Azərbaycan İqtisadiyyatına Təsirinin Təhlili və Proqnozlaşdırılması” mövzusunda tədqiqatı başa çatdırmışlar. Bu tədqiqat çərçivəsində biz 2005-2010-cu illər üzrə potensial neft gəlirlərini və onların iqtisadiyyata təsirini proqnozlaşdırmışıq;
- 2005-ci ilin altı ayı ərzində Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin Azərbaycan Respublikası hökumətinə ödənişləri və Azərbaycan Respublikası hökumətinin yerli və xarici şirkətlərdən daxilolmaları barədə hesabatlarının auditini aparmışıq;
- 2006-cı ildə biz Azərbaycan İpoteka Fonduna MHBS-nın tətbiqi üzrə məsləhət xidmətləri göstərmişik.
- 2009-cu ildə biz AMEA İqtisadiyyat İnstitutu ilə birlikdə Gəncə-Qazax regionunun davamlı inkişafını təmin edən investisiya xəritəsinin hazırlanması və həmin layihənin 2010 ildə Quba-Xacmaz reqionunun məlumatlarının əlavə edilərək davam etdirilməsi.