Firma aşağıdakı məhsulları təqdim edir: gün və optik eynəklər, optik çərçivələr və linzalar, kosmetik linzalar. "Majesty" maqazasında təqdim olunan bütün məhsullar Asiya, Amerika, Avropanın aparıcı markalarının mallarıdır. Bütün mallarımız keyfiyyət sertifikatı ilə təmin olunub. 1998-ci ildən Bakı şəhərində fəaliyyət göstərən Majesty şirkəti Azərbaycanda yüksək keyfiyyətli optika xidməti göstərən ilk peşəkar şirkətdir.
Majesty mükəmməl optika salonu olaraq müştərilərə kontakt və qeyri kontakt göz korreksiyasına aid məhsul və xidmətlərin (eynək, linza) satışı ilə yanaşı təcrübəli və yüksək səviyyəli tibbi yardım göstərir:
Sifarişin ünvana çatdırılması, xəstəlik tarixinin aparılması da salonun xidmətlərinə daxildir. Əməkdaşlarımızın təcrübəsinin artırılması və onların müxtəlif seminar, trenninqlərdə iştirakı yeganə məqsədimiz olan – müştərilərin təlabatını ödəməyə hesablanıb. Hər bir müştərinin özünü rahat hiss etməsi, keyfiyyətli və olduqca qısa bir müddətə zəruri xidmətlərin əldə etməsi Majesty-nin əsas prinsipidir. Məhz bu səbəbdən Majesty hər bir müştəriyə fərdi yanaşma prinsipini önə çəkir. Buna misal olaraq 2008-ci ilin əvvəlindən başlayaraq salon müştərilərin vaxtının qənaətinə yönəlmiş “bir saata eynək” prinsipi ilə fəaliyyət göstərir.
Yüksək təcrübəli həkim-oftalmoloq sizin gözünüzü yoxlayıb Yaponiya istehsalı olan müasir avadanlıqda kompyuter diaqnostikasını keçirəcək. Həmçinin Sizə lazımi məsləhət verib resept yazacaq. Gözün kompyuter diaqnostikası ilə siz rəngli və rəngsiz kontakt linza seçə bilərsiniz. Kontakt linzaların ölçülməsi və onlara qulluq prosesinin öyrədilməsi də xidmətimizə daxildir. Bizim məsləhətçilər müştərinin arzusu, imkanı və eynəyin təyinatına uyğun seçim etməkdə kömək göstərərlər. Mütəxəssislər original günəş eynəkləri seçimində sizə yardımçı ola bilərlər. Sizin ixtiyarınızda istənilən çətinlikdə eynəklərin hazırlanması – zərurət olarsa usta eynəyi müştərinin iştirakı olaraq 15 dəqiqə ərzində hazırlayar. Çərçivələrin təmiri də mümkündür.