Baş Narkotiklərlə Mübarizə Idarəsi xəritədə

Baş Narkotiklərlə Mübarizə Idarəsi

Bakı, Abbaszadə küçəsi, Səbail rayonu, 17 AZ1073 *** 2 səs

Baş Narkotiklərlə Mübarizə Idarəsi haqqında

Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində idarəçilik və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, bu istiqamətdə kriminogen durumun təhlilinə əsasən müvafiq regional qurumların, ərazi və xətt polis orqanlarındakı aidiyyəti strukturların fəaliyyətini təşkil edən və əlaqələndirən müstəqil struktur hissədir.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin vəzifələri

  • respublikada narkotiklərlə bağlı cinayətkarlığın vəziyyətinin öyrənilməsi, təhlil edilməsi, bu növ cinayətlərin qarşısının alınması və açılması sahəsində əməliyyat-axtarış və profilaktiki tədbirlərin həyata keçirilməsi, tabelikdəki regional qurumlarında, habelə ərazi və xətt polis orqanlarında qanunvericiliklə müəyyən edilmiş, DİN-in normativ hüquqi aktlarından irəli gələn funksiyaların yerinə yetirilməsinin təşkil edilməsi;
  • narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayətkarlığın vəziyyətinin təhlil edilməsi, kriminogen durumun operativ və uzunmüddətli proqnozlarının, işin səmərəsinin artırılması məqsədilə təkliflərin hazırlanması;
  • əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində tabelikdəki regional qurumların, şəhər-rayon və nəqliyyatda polis orqanlarının müvafiq xidmətlərinin fəaliyyətinin əlaqələndirilməsi;
  • müəyyən edilmiş qaydada aidiyyəti nazirlik və komitələrdən məlumatların alınması, təhlili və ümummilli məlumat bankına daxil edilməsinin təmin olunması.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə işi əsasən Azərbaycan Respublikasının "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların dövriyyəsi haqqında" 28 iyun 2005-ci il tarixli Qanunu, Azərbaycan Respublikası Prezidentinin "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında" 26 avqust 1996-cı il tarixli Fərmanı, Nazirlər Kabinetinin aidiyyəti Qərarları və DİN-in əmr və göstərişləri ilə tənzimlənir.

AR Nazirlər Kabinetinin 17 aprel 2000-ci il tarixli, 71 nömrəli qərarı ilə Daxili İşlər Nazirliyində narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsində iştirak edən, o cümlədən narkomanlıq xəstəliyinə düçar olan şəxslərə dair Ümummilli Məlumat Bankının təşkili, həmin məlumat bankına məlumatların göndərilməsi və oradan məlumatların alınması qaydası müəyyənləşdirilmişdir.İdarə 16 fevral 1992-ci ildə DİN-in strukturunda yeni bir idarə kimi, Narkomaniya və Narkobiznesə Qarşı Mübarizə İdarəsi adı ilə yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2004-cü tarixli, 83 nömrəli Fərmanı ilə idarə «Baş Narkotiklərlə Mübarizə İdarəsi»nə çevrilmişdir.