Mado Cafe 28 Mall xəritədə

Mado Cafe 28 Mall

Bakı, Nəsimi rayonu, Füzuli küçəsi AZ1000 *** 2 səs

Mado Cafe 28 Mall haqqında

Mado Cafeləri Türkiyədə dondurmanın sadəcə yayda yeyilən bir təam olduğu fikrini dəyişdirən və qışın ən soyuq günlərində belə bu həzzdən məhrum qalmağımıza əngəl olan məkanlardır... Əslində bu konsept kafenin tarixi çox da qədim deyil. İstanbulun ən mərkəzi küçələrindən birinin barmaqla göstərilən nöqtəsində 18 il öncə - 1992-də açılmış ilk Mado Cafe artıq Türkiyədə 200-dən çox (və hər il yeni 30 kafe), ölkə xaricində isə 10-dan çox (yeni 10 kafenin hazırlıqları davam edir) halqadan ibarət böyük bir zincirin mərkəzidir. 19-cu əsrin ortalarından bəri Maraşın dondurmasını ticari markaya çevirməyi bacarmış ailə Mado-nu “dondurma sevənlərin görüş və istirahət yeri” edib. Dondurmadan, türk şirniyyatına, un məmulatlarından qəhvəyə və isti yeməklərə... Mado Cafelər dostlarına xalis ləzzətlərlə bəzədilmiş xoş dəqiqələr bəxş etməkdən məmnundur! Artıq franchising sisteminin çarxlarının da yerlərini tutmasıyla Mado markası Türkiyədən başlayan bir yayılma ilə dünyada ləzzətin təmsilçisinə çevrilməyə başlayıb. Sadəcə Türkiyə yox, bütün türk millətlərinin ənənəvi dadlarını özündə birləşdirmək isə Mado Cafe-lər üçün missiya və üfüqdür...