Mədəd Azərbaycan təşkilatının missiyası dövlət qulluqçuları, biznes və vətəndaşların peşəkar inkişafı üçün öyrənmə prosesində innovasiya və təhsil imkanları təklif etməkdir.Mədəd Azərbaycan 1999-cu ildə təsis olunmuş və 2000-ci ildə rəsmi qeydiyyata alınmışdır. 12 ildən artıq yerli və beynəlxalq təcrübəyə malik olan Mədəd Azərbaycan yaradıcı və konstruktiv yanaşmaya əsaslanaraq Azərbaycan Respublikasında təhsilin, İKT-nin, sosial-iqtisadi sahənin, səhiyyə sektonurun inkişafına töhfəsini vermişdir.
Mədəd Azərbaycan müvəffəqiyyətlə müstəqil varlığını təsis edib və təhsilin inkişafı, İKT-nın təhsilə tətbiqi, təhsil müəssisələrinin yenidənqurma işləri və tikintisi, yerli icmaların inkişafı, səhiyyə xidmətləri, sahibkarlığın inkişafı kimi sahələrdə müxtəlif istiqamətli yaradıcı, faydalı və davamlı proqramlar həyata keçirmişdir.2005-ci ildən etibarən Mədəd Azərbaycan Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət proqramının beş istiqamətindən birini yerinə yetirmək məqsədilə Təhsil nazirliyi ilə tərəfdaşlıq edir. 2013-cü ilə olan göstəricilərə görə Mədəd Azərbaycan təşkilatının həyata keçirdiyi fəaliyyət nəticəsində ölkənin 39 rayonundan olan 100 000-dən çox təhsil və səhiyyə işçisi və həmçinin sahibkarların peşəkarlıq səviyyəsi və bacarıqları təkmilləşdirilmişdir.