"Lukoil-Azerbaycan" şirkəti Azərbaycanda öz fəaliyyətinə 90 – cı illərin əvvəlində başlamışdır. Bu "LUKOIL " OAO prezidentinin və Şirkətin direktorlar şurasının Rusiya ilə Azərbaycan arasında səmərəli iqtisadi körpü yaranması mühüm məqsədinə nail olan cəsarətli və strateji dəqiq qərarı idi. 1995 - 2009 -cu illərdə "LUKOIL " Azərbaycan iqtisadiyyatına 1 milyard dollardan yuxarı investisiya qoydu, karbohidrogen xammal hasilatı, neft məhsullarının topdan və pərakəndə satışı, telekommunikasiya, sığorta, bank və multimediya sahəsində böyük layihələr həyata keçirdi. "LUKOIL " OAO- nın Azərbaycanın təhsil , elm və mədəniyyətinə, respublikanın dini qurumlarına, əmək və müharibə veteranlarına xeyriyyə dəstəyində qatqısı olub.