"LTB" mağazası kişi və qadın cinslərini təqdim edir.LTB by Little Big - dünyanın 5 qitəsində və 65-dən çox ölkədə satılan jeans & casual üslubunda gənclər üçün özünə məxsus uğurlu geyim brendidir. Bütün dünya səviyəsində layiqincə qiymətləndirilən rahat və müəyyən üslubda olan LTB geyimi çox bəyənilib.Şirkət 1948-ci ildən trikotaj və müəyyən üslubda olan cins paltar modelləri istehsal edir. Denim məmulatlarından əlavə LTB kolleksiyasında pambıq və poplin qrupa aid geyim mövcuddur: kombinezonlar, yubka, şalvar, köynək.Trikotaj qrupuna aid geyimlər: kofta, maykalar, futbolkalar, toplar, kəmər, həmmçinin nazik və istisaxlayıcı gödəkçələr, papaqlar və digər aksesuarlar mövcuddur.
LTB by Little Big - bu, ABŞ, Almaniya, Hollandiya, Misir, İngiltərə, Türkiyə, Fransa, Polşa, Rumıniya, Macarıstan, Avstraliya kimi ölkələrdə yüzlərlə şəbəkə mağazalardan ibarətdir, həmçinin LTB və 2007-ci ildə Azərbaycanda öz şəbəkəsini açıb. Hal hazırda olkədaxili Bakı, Sumqayıt və Gəncədə şəhərlərində 7 mağazandan ibarət olan şəbəkə fəaliyyət göstəri. LTB brendinin tarixi 1948-ci ildə başlanıb. Kiçik toxuculuq fabrikindən ibarət olan şirkət avropanın gənclər üçün cins geyim kolleksiyası istehsalı və satışı üzrə nəhəng holdinqə çevrilmişdir.
LTB tarixi yeni ideyalar və yaradıcılıq ruhu ilə dolğundur. LTB kolleksiyası, zəngin seçimi, sadəliyi, parçaların rəngləri, zərif aksessuarlar və dekorativ əşyalarla, naxış və applikasiyalarla şirkətin dizayner və modelyerlərin incə zövqünü əks etdirirlər.Detallara sevgiylə, fərdi və dəbdə olan üslub üzərində hazırlanan və geniş seçimdən ibarət kolleksiyaların konsepsiyası dünya moda tendensiyalarının təsirini özündə toplayıb əks etdirir. Bu yanaşma kolleksiyarı özünə məxsus fərqliyini bəxş edir.LTB Türkiyənin az olan brendlərindən biridir ki, "Turquality" adlı beynəlxalq keyfiyyət sertifikatına naildir. Məhsulların istehsalında istifadə olunan qabaqcıl innovasiya texnologiyaları (ISO 9001:2000) beynəlxalq keyfiyyət standartı ilə təsdiqlənib. LTB istehsal həcmi günə 30000 ədəd məmulata çatır.